- Tarixi
- XX yüzil
- YerləşməƏvvəlki toponim
Amasiya rayonunun Gülsehran (Çivinli) kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Gülsehran (Çivinli) kəndinin adı 19.04.1991-ci ildə dəyişdirilib Yenacur qoyulmuşdur.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Üç qardaş piri 1988-ci ildə azərbaycanlıların tarixi torpaqlardan deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Amasiya rayonunun Gülsehran (Çivinli) kəndində yerləşir. El arasında üç qardaş piri kimi tanınır. Bura ziyarətə gələnlərin şəfa tapdıqları söylənirdi. Üç qardaş piri 1980-ci illərin sonuna qədər yerli əhali tərəfindən ziyarət edilirdi.
Deyilənə görə, Çıldırdan Ağbabaya üç dərviş gəlir. Onlar qardaş imiş. Sözügedən qardaşlar xeyirxah, kəramətli, iman əhli olduqlarından adamlar arasında böyük hörmət qazanırlar. Dərvişlər vəfat etdikdən sonra onların qəbirləri ziyarətgaha çevirilir[i].
Üç qardaş piri Azərbaycan xalqına məxsus dini–irfani, sakral–tarixi abidələr kimi maddi–mədəni irsin dəyərli elementlərindən hesab olunur.
[i] Tacir Səmimi. “Gülsehran”. Bakı, “Apostrof”, 2009. səh.51
