Urud kənd mədrəsəsi

Tarixi:
XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­l­ı Qa­ra­kil­­sə rayonu Urud kən­d­i y­a­xın­­lı­ğın­da.

Yerləşmə /
Hazırkı toponim:

Zəngəzur m­a­ha­l­ı Qarakilsə (01.03.1940-cı ildən – Sisian) rayonu Urud kəndi 03.07. 1968-ci ildən Vorotan adlandırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1918-ci ildə er­mə­ni teror dəs­tə­lərinin kəndə hü­cumu zamanı kənd mədrəsəsi yan­dırılıb.

Məlumat:

Urud kənd mədrəsəsi kəndin imkanlı xeyriyyəçiləri tərəfindən inşa edilmişdi. Kənd mərkəzinə yaxın ərazidə yerləşirdi. Məd­rəsə  zaldan və bir neçə otaqdan iba­rət idi.  Ətraf kəndlərdən də mədrəsəyə təhsil almaq üçün gələnlər vardı. Zən­gə­zur qəzasının, demək olar ki, bütün böyük kəndlərində mollaxanalar var idi. 1880-ci illərdə Zəngəzurda 491 mədrəsə, 21 ibti­dai, 6 ruhani məktəbi fəaliyyət göstərirdi. Ayrı-ayrı imkanlı şəxslər bu məktəblərə maddi, mənəvi yardım göstərirdi. 9 illik təhsil verən Urud mədrəsəsi haqqında bu torpağın yetirməsi olan Xalq yazıçısı Əli Vəliyev yazırdı: “Nəcəfdə (İraq) ali təhsil alıb mollalıq etmək hüququ qazanmış Fətul­lah, Gorusda 2 dərəcəli rus məktəbi qur­tarmış Sadıq, məşhur şair Ləlini bağ­la­mış şair Mirzə Hüseyn Urudda yaşa­yır­dı­lar. Urudda oxumuşlar, savadlılar, söz qo­şan­lar, təbi gələnlər o biri kəndlərdən qat-qat çox idi. Urud kəndində 1918-ci ilə qədər molla Bağırlılar ailəsi, Molla Səmih bəy, Molla Fətullah mədrəsədə dərs de­miş­lər. Burada dini dərslərlə yanaşı, dün­yə­vi fənlər də tədris edilirdi. Burda dərs deyən Mirzə Sadıq Axundzadə Təbriz­də­ki ali dini mədrəsənin məzunu idi.”  Urud mədrəsəsində oxuyanların xərclərini xeyriyyəçilər ödəyirdilər [i].

Mədrəsə təkcə di­ni, şəriəti, təd­ris etmirdi, bu­ra­da riyaziyyat, ta­rix, ədəbiyyat di­gər fənnlər də öy­rədilirdi. Zən­gə­zurun Os­man­lı və Qacarlar döv­lətləri ilə sərhəd yaxınlığı sə­bəbindən Teh­ran, İstanbul, Məş­həd, Təbriz, Nəcəf, Kər­bə­la­da ruhani təhsili alıb islamı, şəri­ə­ti, ərəb-fars di­l­lə­rini kamil öy­rə­nib qəzaya qayı­dan xeyli din xadimi var idi.

 


[i] Nərimanoğlu, H. Zəngəzur köç, deportasiya, soyqırımı, işğal tarixi / Hacı Nərimanoğlu . – Bakı, 2018 . – S. 65-76.

Fotolar:
Videolar: