Urud kənd məscidi

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur m­a­ha­lı Qa­ra­kil­sə ra­yo­­nu Urud kən­d­i kə­narın­da.

Yerləşmə /
Hazırkı toponim:

07.11.1995-ci il­də Qafan, Sisian, Meğ­ri, Go­rus ra­yon­­la­rı ləğv e­d­i­lib, Sü­­nik mər­zi­si təş­kil edil­ib. Qarakilsə ra­y­o­nu – 01.03.19­40-cı ildən – Sisian, Urud kən­di –

03.07.1968-ci ildən – Vorotan adlan­dı­­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Urud kənd məs­ci­di 1918-ci il­də erməni hü­cum­ları nəti­cə­sin­­də yandırılıb. Xa­­r­a­­­ba­lıqları 1988-ci ildə də qal­maq­da idi.

Məlumat:

Kəndin aşağı hissəsində əhalinin ibadət ye­r­­i olan məs­cid fəaliyyət göstərib və di­ni-irfan ocağı funk­si­ya­sını yerinə yetirib. Çar Rusiyası dövründən qalan məscid və mədrəsə  hücrələri də dağıdılmış,  qədim naxışlı-yazılı qəbirlərin izi  qalmaqda idi. Bu kəndin quzeyindəki Üçtəpə yaylağı da Qaçaq Nəbinin sən­gər yerləri idi[i].

Mənəvi də­yər­lə­ri təb­liğ edən məs­cid əra­zinin mü­səlman-türk yurdu olduğunu göstərir.

 

[i] Olaylar. –  2019. –  2-4 noyabr. –  S. 14; ttp://www.anl.az/down/meqale/olaylar/2019/noyabr/681087.htm

Fotolar:
Videolar: