- Tarixi
 - XIX əsr
 - YerləşməƏvvəlki toponim
 Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində
- YerləşməHazırkı toponim
 Qarakilsə rayonu–02.03.1940-cı ildən Sisian, Urud kəndi –03. 07.1968-ci ildən Vorotan[i]
[i] Пагиревь Д. Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.252
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 1918–1920-ci illərdə Urud kəndinə basqın edən daşnak terrorçuları kəndlə birlikdə mədrəsəni də yandırıblar.
- Məlumat
 Mollaxanalarda rəsmi müəyyən edilmiş təhsil müddəti yox idi. Çox vaxt 6–7 il, bəzən isə 9–10 ilə qədər davam edirdi. Belə məktəblər ibtidai mədrəsələr hesab olunurdu. Qarakilsə (Sisian) rayonunun Şəki və Urud, Qafan rayonunun Kurud kəndindəki məktəblər ibtidai mədrəsə hesab edilirdi. Kurud kəndindəki mollaxanada Tehran ali mədrəsəsini bitirmiş Axund Əbdürrəhman Hacı oğlu dərs demişdi. Urud kəndindəki doqquzillik mədrəsə tipli mollaxana daha mütərəqqi olub, dini təhsil verməklə bərabər, dünyəvi elmləri də öyrədirdi. Qərbi Azərbaycanda bu tip məktəblər daha çox yerli xeyriyyəçilər tərəfindən təşkil edildiyindən pulsuz idi[i]. Kəndin mərkəzində yerləşən və 6 dərs otağı olan mədrəsə kəndin xeyriyyəçi şəxsləri tərəfindən inşa edilmişdi.
Toponim türk dilində “dağ, təpə” mənasında işlənən “ur” sözünə[i] türk dillərində yer məzmunu əmələ gətirən “-ud” şəkilçisinin birləşməsindən əmələ gəlib “dağlı, təpəli, yerdə salınan kənd” mənasını verir.
[i] Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.415
[i] https://525.az/news/164492-qerbi-azerbaycanda-ve-zengezur-qezasinda-azerbaycan-mektebleri
