Uşi kənd tarixi abidələri
İrəvan quberniyası Eçmiədzin qəzası Əştərək rayonu Uşi kəndində.
Əştərək rayonu- Aştarak, 7.11. 1995-ci ildə Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilib.
Memarlıq
Azərbaycanlıların həyatı, yaşayışı ilə bağlı IX-XI yüzillərə aid tarixi abidələr indi də durur və təəssüf ki, onlara erməni elementləri əlavə olunaraq erməni abidəsi kimi təqdim edilir [i].
[i] https://az.wikipedia.org/wiki/U%C5%9Fi
Uşi kəndində Azərbaycanlıların həyatı və məişəti ilə bağlı IX-XI yüzilliklərə aid tarixi abidələr çoxluq təşkil edir. Qədim qəbiristanlıq ərazisində qəbirüstü heykəllər, kənd ərazisində qədim dövrə aid tikililər və oradan çıxan məişət əşyaları da sübut edir ki, Azərbaycanlılar bu ərazidə uzun yüzillər yaşayıb, mədəni quruculuq işləri görüblər. Bu barədə 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə və Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. [i], [ii]. Toponim türk dilində “yüksəklik, dağın zirvəsi” mənasında işlənən uç (uş) sözü əsasında əmələ gəlib. Türk dilində uş//uç sözü “son”, “başlanğıc”, “yuxarı”, “zirvə”, “qıraq, kənar” mənalarında işlənir [iii]. Eyni zamanda qaraqalpaq dilində “dağın zirvəsi” mənasını uşa sözü ifadə edir [iv] .
Uşi kənd qəbiristanlığındakı qədim alban-türk mədəniyyətinin nümunəsi olan qəbirüstü at, qoç heykəlləri, daş üstü təsvirlər və sənduqələr kənddə qədim dövrlərdən bəri azərbaycanlıların yaşadığını və maddi-mədəni inkişafda rolunu göstərir.
[i] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 162.
[ii] Пагирев, Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края / Д.Д.Пагирев; Изданія Кавказскаго Военно-Топографическаго Отдѣла. – Книжка XXX . – Тифлис: Типография К.П.Казловского, 1913. – C. 256.
[iii] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – C. 585.
[iv] Радлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1-2, СПб, 1893. S. 1719, 1771