- Tarixi
- IX-XI yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonundakı Uşi kəndində
- YerləşməHazırkı toponim
Əştərək rayonu–Aştarak, 7.11.1995-ci il tarixli yeni Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir[i].
[i] Ermənistan Respublikasının yaşayış yerlərinin lüğəti.Yerevan, 2008, 211 səh
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanın qədim dövr maddi–mədəni irsinə aid olan I karvansaranın hal–hazırkı dövrdə Əştərək rayonunun Uşi kəndində xarabalığı qalıb.
- Məlumat
Karvansara Əştərək rayon mərkəzindən 4 km şərqdə Uşi kəndi kənarında yerləşib. Bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və gözəl görünüşə sahib idi. Daha çox İrandan gətirilən İran mallarının satıldığı karvansara kimi məşhur idi. 38 mağazadan ibarət olan karvansara eyni zamanda topdansatış anbarı kimi fəaliyyət göstərirdi. [i],[ii]
Yol kənarında yerləşib, oradan keçən insanlar üçün xüsusilə də səyyahlar üçün gecələmə, tacirlər üçün isə həm mehmanxana, həm də mallarını satmaq və mühafizə üçün anbar rolunu oynayıb. 1590 və 1728-ci illərdə tərtib olunan Osmanlı müfəssəl dəftərində və Çar Rusiyası mənbələrində yer alması və Azərbaycan irsinə aid abidə olması baxımından əhəmiyyət kəsb edir.
