Əsas şəkil

Vanevan məbədi

Tarixi
903-cü il
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­ya­sının Yeni Bə­yazet qəza­sında, Qaranlıq rayonundakı Aşağı Alçalı kəndində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayo­nu–Martuni, Aşağı Alçalı kən­di–27.09.1968-ci ildən– Ardzvanist 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Hal–hazırkı dövr­də restev­ra­siya edilib er­­mə­ni ele­ment­ləri əlavə olu­nun məbəd mənim­səni­lə­rək, erməni abi­də­si kimi təq­dim olunur.

Məlumat

Vanevan monastırı, Göyçə gölünün cə­nub–şərqində, Aşağı Alçalı kəndindən cənubda Alçalı çayının dərə boyunca yerləşən Alban məbədi  Müqəddəs Qriqorun 903-cü ildə Albaniyanın ilk hökmdar sülaləsi Arranşahiklər xanə­da­­nına mənsub olduğu[i] bildirilən Kral I Smbatın (Səhl ibn Sunbatın) bacıları Şahzadə Şapuh Baqratuni və Məryəm tərəfindən tikilmişdir. Cə­nub ucunda yerləşən kilsə daha sonrakı dövrdə tikilmiş, ikisi arasında qavit əlavə edilmişdir. X-cu əsrin sonlarında Baqratidlər sülaləsinin kralı Albanla­rın XXXXI katolikosu, Alban­ların müs­təqil məbədə sahib olması fikrinin dəstəkçisi I Qagik tərəfindən təmir və bərpa edilmişdir. Bu restav­rasiya zama­nı ətraf divar tikilmişdir. Ermənistan kralı I Smbat 914-cü ildə Vanevan monastı­rında dəfn edilib. Kilsə tədricən geniş­lənən dörd mərkəzi tağdan ibarət­dir. Arxa bantlar arasında bir künc kür­sünün əlavə edilməsi bu­nun baş ver­məsinə imkan verir. Məbə­din tikinti­sində xüsusi dördkünc for­mada kəsilmiş ağ və qırmızı tuf daş­lardan istifadə olunub.Vanevan və Tatev buna ən erkən nümunələrdir. Mə­­bəd nağarası içəridən və çöldən səkkiz­bucaqlıdır, üzərində kilsənin ta­ri­xinə aid yazı var. Hər iki məbədin na­ğaralarının eyni dekorativ qəliblən­miş bandı var ki, bu da onların bir–biri ilə çağdaş olduq­larına inanmağa səbəb olur.  Monastırın arxasında dərə­nin ba­şı­na çıxan bulaq və mağara var. Bir vaxtlar  işğalçılarından qaçış yolu kimi istifadə edildiyi bil­dirilir.[i] Türk–oğuz yurdu olan kənddə XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsin­dən sonra, 1829-30-cu illər­də Türkiyə­nin Alaşkerd bölgəsindən kö­çü­rü­lən ermənilər burada yerləşdiril­mişdir.

Toponim fərq­ləndirici əlamət bildirən “aşağı sözü ilə məsub­luq bildirən-“lı” şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmələ gəlmiş­dir. Fitotopo­nimdir. Quruluşca mürəkkəb toponimdir.[i]
 


[i] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elmnəşriyyatı, 696 səh. ISBN 5–8066–1452–2


 


[i] https://en.wikipedia.org/wiki/Vanevan_Monastery


 


[i]  Т. И. Тер–Григорян – Неизданные страницы «История Албанской страны» Моисея Каланкатуйского, стр. 18, журнал «Арарат», 1897, стр 161–162 (erm. dil.)