Əsas şəkil

Vəliağalı kəndində məbəd

Tarixi
VIII–IX əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı­nın Qaranlıq rayo­nunun Və­li­ağa­lı kəndin­də 

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yonu–Mar­tu­ni, Vəli­ağalı kəndi – 03.01.1935-ci ildən Dzo­ragyuğ 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Vəliağalı kən­din­dəki alban mə­bə­di “ermə­ni abidəsi” ol­ma­dı­ğı üç­ün tə­mir edil­mə­yib. Ha­zır­da yer­ləşdiyi əra­­zi­də məbə­din ancaq yan divarlarından biri qalıb[i]  və “er­məni abidəsi” kimi təqdim olu­nur.
 


[i] https://az.wikipedia.org/wiki/V%C9%99lia%C4%9Fal%C4%B1#/media/Fayl:Shoghagavank_Monastery_(6).jpg

Məlumat

Vəliağalı kəndindəki qədim al­ban məbədi kəndin kənarında təpə­lik ərazidə olan qədim qəbiris­tan­lıqda yerləşir. Məbəd VIII–IX əsr­lər­də inşa olunub. Məbədin tikin­ti­sində qəhvəyi rəngli  dördkünc tuf daşlardan istifadə olunub. Məbəd erməni abidəsi olmadığı üçün er­mə­nilər tərəfindən dağıdılıb, daş­la­rı isə ev inşaatında istifadə edilib. Ha­zırkı dövrdə məbədin 5–6 metr hündür­lüyün­də olan yan divarla­rın­­dan biri salamat qalıb. ətrafın­dakı qəbir daşları da da­ğıdılıb[i]

Məbədin qalıqları Vəliağalının oğuz türkləri tərəfindən binələş­di­rilməsinin azı 1500 illik tarixinin şəhadətidir. 

Məbədin yerləşdiyi kənd rayon mərkəzindən 8 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında yerlə­şir. Qafqazın 5 verstlik xəritə­sin­də[ii] qeyd edilmişdir.

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türk­mən­­çay müqaviləsindən sonra 1828–1829-cu illərdə Türkiyədən köçü­rür­lən ermənilər burada yerləş­diri­lib[iii]

 Elə həmin ildən də başlayaraq kən­də Türkiyədən gətirilmiş ermə­ni­lərin ilk dəstəsi yerləş­diril­diyin­dən artıq 1831-ci ilə dair sənəd­lər­də Vəliağalı qarışıq kənd kimi sə­ciyyələnirdi. Bu zaman kənddə 184 nəfər türk və 37 nəfər erməni yaşayırdı. Sonrakı 60 il ərzində isə ermənilərin məskunlaşması xüsusi intensivliklə aparıldığından, 1897-ci ildə demoqrafik balans (əhalinin etnik tərkibi baxımından) erməni­lə­rin xeyrinə kəskin şəkildə dəyiş­mişdi: türklərin sayının 47 nəfər həddinə qədər azalması müqa­bilin­də ermənilərin sayı artaraq 300 nə­fər həddini keçmişdi. 

1918-ci ildə ermənilər Vəliağalı kəndində daha bir tarixi cinayətə im­za atdılar: Andronikin birbaşa əmri ilə Vəliağalıda məskunlaşmış ermənilər 90 ildən bəri qonşuluq etdikləri insanları – kəndin əzəli sahibi olan türklərin sonuncu nü­ma­yəndələri olan 63 nəfərin hamı­sını vəhşicəsinə qətlə yetirdilər.

Toponim Və­liağa şəxs adı­na mən­sub­luq bil­dirən “-lı” şə­kilçisinin artı­rılması əsa­sın­da əmələ gəl­mişdir. Antropoto­po­nimdir. Quru­luşca düzəlt­mə toponim­dir. Topo­nim­də  Vəliağalı kəndinin  oğuz türkləri tərəfindən bi­nələşdirilmə­sini təsdiq edir.


 


[i] https://az.wikipedia.org/wiki/V%C9%99lia%C4%9Fal%C4%B1#/media/Fayl:Shoghagavank_Monastery_(6).jpg

[ii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.48

[iii] Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598