Əsas şəkil

Vəliağalı kəndində qəbirüstü abidələr

Tarixi
VII–VIII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Qaranlıq ra­yonunun Və­liağalı kən­din­də 

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yonu –Mar­tuni, Vəliağalı kəndi 03.01.1935-ci ildən Dzo­ragyuğ 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Deportasiyalar dövründə və sonuncu 1987–1991-ci illər­də­ki deportasiya­dan sonra qə­dim qə­birüs­tü abi­də­lə­rin ək­sə­riyyəti da­ğı­dılıb, qa­lan­ları­na isə erməni ele­mentləri əla­və olunub, “er­mə­ni abidəsi” ki­­mi təqdim edi­­lir. Hal-ha­zırda qəbiris­tan­lıqda olan abidələrin bir neçəsi aid ol­du­ğu yerdədir. Bir çoxu sın­dı­rılıb, yerə yatıq vəziyyətdədir, bir neçəsi isə məbədin qis­mən salamat qa­­lan tək diva­rına söykənmiş vəziyyətdə qo­yu­lub[i]
 


[i] https://upload.wikimedia.org/wikipedia/commons/d/d2/Shoghagavank_Monastery_%286%29.jpg

Məlumat

Qəbirüstü alban abidələrinin yer­ləş­­diyi qədim məzarlıq Qaranlıq ra­yo­nu mərkəzindən 8 km şimal-şərq­də, Göy­çə gölünün yaxınlığındakı Və­liağalı kən­dində yerləşir. Kənd Qaf­qazın 5 verstlik xəritəsin­də[i] qeyd edilmişdir.

Məzarlıqda tarixin müxtəlif dövr­lə­ri­nə aid çox sayda qəbirüstü abidə­lər möv­cud olub. Hündürlüyü 1.2, eni 50–60 sm civarında olan qəbirlər ağ qaya daşla­rın­dan hazırlanıb. Qəbir daş­ları­nın üzərin­də təsvir edilən na­xış­lar ha­zırkı dövrdə də Azərbaycan memarlığı, naxış sənəti və xalçaçılıq­da da istifadə olunur[ii]

1828-ci ilə kimi burada yalnız azər­­baycanlılar yaşamışdır. Türk­mən­çay mü­qaviləsindən sonra 1828–1829-cu il­lər­də Türkiyədən köçürür­lən ermənilər burada yerləşdirilib[iii] 

Elə həmin ildən başlayaraq kəndə Türkiyədən gətirilmiş ermənilərin ilk dəstəsi yerləşdirildiyindən artıq 1831-ci ilə dair sənədlərdə Vəliağalı qarışıq kənd kimi səciyyələnirdi. Bu zaman kənddə 184 nəfər türk və 37 nəfər erməni yaşayırdı. Sonrakı 60 il ərzində isə ermənilərin məskunlaş­ması xüsusi intensivliklə aparıldığın­dan, 1897-ci ildə demoqrafik balans (əhalinin etnik tərkibi baxımından) ermənilərin xey­ri­nə kəskin şəkildə dəyişmişdi: türklərin sayının 47 nəfə­rə qədər azalması mü­qa­bilində ermə­ni­lərin sayı artaraq 300 nəfər həddini keçmişdi. 

1918-ci ildə ermənilər Vəliağalı kən­­dində daha bir tarixi cinayətə im­za at­dılar: Andronikin birbaşa əmri ilə Və­liağalıda məskunlaşmış ermə­ni­lər 90 ildən bəri qonşuluq etdikləri insanları – kəndin əzəli sahibi olan türk­lərin so­nun­cu nümayəndələri olan 63 nəfərin hamısını vəhşicəsinə qətlə yetirdilər.

Toponim Və­liağa şəxs adı­na mənsubluq bildirən “-lı” şəkilçisinin ar­tırılması əsa­sın­da əmələ gəl­mişdir. An­tro­potoponim­dir. Quruluşca düzəltmə to­po­nimdir. Azər­­baycan me­mar­lığı, na­xış sə­nə­ti və xalça­çı­lıqda da isti­fa­də edi­lən milli na­xış­lar qəbir­üstü abidələrin üzərində yer alır. Bu, milli köklərimiz haq­qın­­da tarixi mən­bə­dir.

 

 

 


 


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.48

[ii] https://upload.wikimedia.org/wikipedia/commons/d/d2/Shoghagavank_Monastery_%286%29.jpg

[iii] Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598