- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Vedibasar mahalının aran ərazisində, Ağrıdağ vadisində, Vedi çayının kənarında yerləşən Böyük Vedi qəsəbəsində tikilib.
- YerləşməHazırkı toponim
1946-cı il aprelin 4-də qəsəbənin Böyük Vedi adı dəyişdirilərək Vedi adlandırılıb
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci il deportasiyasından sonra azərbaycanlı izlərini itirmək məqsədi ilə dağıdılıb
- Məlumat
Vedi qəsəbəsi Paskili məhəlləsində 2 məscid, Vəliuşağı məhəlləsində 1 məscid, Vediler məhəlləsində 2 məscid var idi. Bu məscidlərdə Şeyx Qəmbər, Şeyx Əli, Molla Məhəmmədtağı, Kəlba Əhməd, Molla Hüseyn Nuruyev kimi din xadimləri axundluq edib.
Vəliuşağı məscidi 1988-ci ilə qədər yerli sakinlər tərəfindən qorunub saxlanılıb və ziyarətgah kimi istifadə edilib. Azərbaycan əhalisinin bu ərazidə olan tarixi irisnin nümunələrindən biri hesab olunur.
