Əsas şəkil

Xalisa kənd məscidi-I (Aşağı məhəllədə)

Tarixi
XIX–XX əsrlər
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yasının İrə­van qəzasın­da, Vedibasar mahalının Ve­di rayonun­da­kı Xalisa kən­dində

Yerləşmə
Hazırkı toponim

Vedi rayonu –Ararat, Xa­li­sa kəndi 1991-ci ildən Noyakert

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Sovet ha­ki­miy­yəti quru­lan­dan sonra iba­dət üçün bağ­lanıb, taxıl anbarı kimi fəaliyyət gös­tə­rən məscid 1988-ci il de­kabr ayında azər­baycanlıların deporta­si­­yası dövrün­də yarıxara­ba vəziyyətdə idi.

Məlumat

Xalisa kənd məscidi İrəvan qu­ber­­ni­ya­sının İrəvan qəzasında, indiki Vedi  rayon mərkəzindən 10 km cə­nub-şərq­də, Vedi çayından ayrılan ar­xın yanın­dakı Xalisa kəndinin aşa­ğı məhəlləsində yerləşir. Məscid XIX əsrin sonu–XX əs­rin əvvəllə­rin­də kəndin xeyriyyəçi şəxs­ləri tərəfindən inşa etdirilib. Məscidin uzun­luğu 14–15, eni 7, hündürlyü isə 4–5 metr civarında olub. 

Sovet hakimiyyətindən əvvəl məs­cid­də ibadətlə yanaşı, Molla Paşa tə­rəfin­dən din dərsi də verilirdi. Sovet haki­miyyəti dövründə məscid ibadə­tə bağ­landı. Bir müddət boş qalan məs­cid 1966–1968-ci illərdən etiba­rən dəyir­man kimi fəaliyyətə açıldı. Erməni Ner­siq (Melonun dəyirmanı) tərəfindən 10 il dəyirman kimi fəaliy­yət göstərdi. İn­sanlar son deportasi­ya­ya qədər hər Nov­ruz bayramında məscidin divarında şam yandırıb, dualar edirdilər. Qafqazın 5 verstlik xəritəsində[i] qeyd edilmişdir. Er­mə­ni mənbələrində kəndin başqa adı­nın Xalisa Gyuley yurd olduğu gös­tə­rilir[ii].

Toponim “döv­lət torpağı, döv­lətə məxsus olan yer” mə­na­sında işlənən ərəb mənşəli xalisə sözün­dən[i] törə­miş­dir. Relyef əsa­sında yaranan sadə toponim­dir.
 


[i] Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.683


 


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.259  (rus.)

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.86