Əsas şəkil

Xalisa kənd məscidi-II (Yuvalı məhəlləsində)

Tarixi
XIX–XX əsrlər
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yasının İrə­van qəzasın­da, Vediba­sar mahalının Vedi rayo­nun­dakı Xa­lisa kəndində

 

Yerləşmə
Hazırkı toponim

Vedi rayonuArarat, Xa­lisa kəndi 1991-ci ildən Noyakert

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Sovet ha­ki­miy­yəti qurulandan sonra ibadət üçün bağlanıb, taxıl anbarı  ki­mi fəaliyyət gös­tə­rən məs­cid 1988-ci il dekabr ayında azərbaycanlıların deportasi­yası dövründə yarıxaraba və­ziyyətdə idi.

Məlumat

Xalisa kənd məscidi İrəvan qu­ber­ni­ya­sının İrəvan qəzasında, Vedi  ra­yon mərkəzindən 10 km cənub-şərq­də, Vedi çayından ayrılan arxın ya­nın­dakı Xalisa kəndinin Yuvalı mə­həlləsində yerləşir­di. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərində kən­din xeyriyyəçi şəxsləri tərəfindən inşa etdirilib. Məscidin uzun­luğu 10–12, eni 6, hündürlyü isə 3,5–4 metr civarında olub. Məscid dini və milli bayramlarda əhalinin ən çox top­laşdığı ümumi yığıncaq yeri idi. 

Qafqazın 5 verstlik xəritə­sin­də[i] qeyd edilmişdir. Erməni mən­bələrində kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir[ii].

Sovet hakimiyyəti qurulduqdan son­ra məscid ibadət üçün bağlanıb, taxıl anbarı kimi istifadə olunub. 

Toponim döv­lət torpağı, döv­­lətə məx­sus olan yer” mənasında iş­lənən ərəb mən­­şəli xalisə sözündən[i] tö­rəmişdir. Rel­yef əsasında ya­ranan sadə toponimdir.
 


[i] Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.683


 


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.259  (rus.)

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.86