- Tarixi
- 480, 486, 494-cü illər
- YerləşməƏvvəlki toponim
Vedibasar mahalının aran bölgəsi, Ağrıdağ vadisi, Vedi rayon mərkəzi Böyük Vedi qəsəbəsindən 10 km cənub-qərbdə, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin, İrəvan-Naxçıvan avtomobil yolunun 3 km-də Vedi çayından ayrılan su arxının üstündəki Xalisa (Xalisə) kəndində.
- YerləşməHazırkı toponim
Xalisa (Xalisə) kəndinin adı 19. 04.1991-ci ildə dəyişdirilərək Norakert adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Abidələr azərbaycanlıların deportasiya edildiyi müxtəlif dövrlərdə ermənilər tərəfindən tamamilə məhv edilib.
- Məlumat
Xalisa (Xalisə) kəndinin kənarında yerləşən qədim qəbiristanlıqda üzərində ərəb əlifbası ilə yazılar yazılan qəbirüstü daşlara rast gəlinib. Daşlar üzərində vəfat etmə tarixləri hicri tarixlə 480-ci, 486-cı, 494-cü illər yazılan xeyli qəbirdaşı aşkar edilib. Kənddə 1831-ci ildə 149, 1873-cü ildə 864, 1886-cı ildə 960, 1897-ci ildə 1165, 1904-cü ildə 957, 1914-cü ildə 1053, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşayıb. 1918-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulub. Xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər bu kəndə də yerləşdirilib. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilib. 1922-ci ildə burada 311 nəfər azərbaycanlı, 290 erməni, 1926-cı ildə 331 nəfər azərbaycanlı, 240 erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 erməni, 1972-ci ildə 1500 dən artıq azərbaycanlı, 600-ə qədər erməni yaşayıb [i]. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunublar. İndi burada yalnız ermənilər yaşayır [ii].
Toponim “dövlət torpağı, dövlətə məxsus olan yer” mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlsə də azərbaycanlıların yaşadığı kənd olub. Relyef əsasında yaranan sadə toponimdir. Qədim yaşayış məskəni olduğunu göstərir [iii].
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 45-46.[ii] LXXI. Эриванская губерния. Москва, 1905. – C. 11-12.
[iii] Ərəb və fars sözləri lüğəti: Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün / Azərb. SSR EA, Nizami ad. Ədəbiyyat və Dil İn-tu. – Bakı, 1966. – S. 683.
