Xan oturan ziyarətgahı

Tarixi:
XIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur ma­ha­lının Q­a­ra­kil­sə rayonu­nun Urud kən­d­i kə­na­rın­d­a.

Yerləşmə /
Hazırkı toponim:

07.11.1995-ci il­dən Qafan, Si­sian, Meğri, G­o­­rus rayon­ları lə­ğ­v­ edilib və Sü­nik mərzisi təş­kil edilib. Qa­ra­kil­sə ra­yo­nu - 01. 03.­1940-cı ildən  Sisian, Urud kəndi – 03.07. 1968-ci ildən – Vorotan.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1970-ci illərdə h­­ay-daş­nak sü­rü­­­­­­sü nüm­a­yən­­­də­­ləri qa­ya par­ça­­­sına “Da­­­vid bə­y” ya­zıl­­mış də­­mir löv­hə vur­du­­­lar, guya o qul­­du­run səngər yerlərin­dən biri burada olub.

Məlumat:

Kəndin cənubunda, çayın sağ sahilindəki qədim insan yaşayış məskəni kimi tarixi əhəmiyyət daşıyan yüksəklikdə, çılpaq dağlıq hissədə hündürlüyü 100 m-dən çox olan böyük bir sal qaya parçası el ara­sın­da Xan oturan adlanırdı və xalqın müqəddəs sandığı bir yer idi. Mahalda bir fikir də ya­yı­l­mışdı ki, guya böyük türk hökmdarı Çin­giz xanın nəvəsi, Ögedey xanın böyük oğ­lu və varisi Güyük (Göyük) xanın (1206-1248) Orta Asiyadan ötüb Xəzər­sa­hi­li ərazi­lərə və Qafqaza hərbi yürüşü za­man­ı Zəngəzurda, Bazarçay çayının sahi­l­ind­­ə,  burada düşərgələnib və dincini al­maq üçün bu daşın üstündə oturmuşdur. Təbii qala, səngər yeri kimi əhəmiyyətli olan  bu his­sə­də həm də qədim yaşayış məs­kənlərinin yurd yerləri, xaraba­lıq­la­rı­nın izi qalırdı [i].

Oğuz-türk xalq­ları­nın mədəniy­yə­tinin ay­rı-ayrı xüsusiy­yət­lə­rini təmsil edən ele­­ment­lər­dən biri olan ziya­rət­gah­lar duy­ğu­sal-ruh­­sal irs­in tarixi tor­­­paq­lar­da­kı nü­­mu­nə­lərin­dən biri­dir.


[i] Olaylar. –  2019. – 2-4 noyabr. –  S. 14; www.anl.az/down/meqale/olaylar/2019/noyabr/681087.htm

Fotolar:
Videolar: