Xələc kənd məscidi

Tarixi:
VII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Xalac (Xalac) – Ye­­li­zavetpol (Gə­ncə) qu­ber­ni­ya­sının Zən­gə­zur qəza­sın­da, in­diki Qafan ra­yo­nun­da­­kı Xələc kən­din­də.

Yerləşmə /
Hazırkı toponim:

Xələc kəndinin adı – 4.06.200­6-cı ildən də­yiş­di­ri­lib – At­­­­ça­nan adlan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Xələc kən­d­in­də­ki məs­cid binası üs­­tün­də farsca ya­zılan yazı isti­nad kimi göstə­ri­lə­r­ək azər­bay­c­a­n­­­lı­la­ra aid olan məscid er­mə­n­i­lər tə­rə­fin­dən fars məs­cidi ki­mi qə­bul edil­diyi üçün to­xu­nul­mayıb. 2012-ci ildə k­ə­n­d­də apa­rılan video çə­kilşdə Abi­də­ləri qo­ru­ma döv­lət mü­fət­­tiş­li­yi­nin bu abi­­də ilə əla­qəli təd­qi­qat apar­dığı fikri yer alır [i], [ii].

 

[i] https://www.youtube.com/watch?v=R60FZIr3xoc

[ii] https://www.facebook.com/IrevandaTurkler/photos/hala%C3%A7-k%C3%B6y%C3%BC-x%C9%99l%C9%99c-k%C9%99ndinin-tarixi-m%C9%99scidinin-

Məlumat:

Xələc kənd məscidi VII yüzildə tikilib. Məscidin tikil­mə tarixi giriş qapısının üs­tün­də ərəb əlifbası ilə yazılan lövhədən də məlum olur. Çay daşı və ağ əhənglə h­ö­rü­lən məscidin pəncərə və qapı kənarları ağ mərmər daşla əhatə olunub. Məscid qa­pı­sının üstündə böyük oval mərmər daşın üstündə ərəb əlifbası ilə yazılar yer alır.  Uzunluğu təxminən 15 metr, eni 5 metr olan məscidin damı tünd qəhvəyi rəngdə dəmir tavan örtüyü ilə örtülüb. Məscidin 1 metr enində qalın tünd qəhvəyi rəngdə  taxta giriş qapısı və qabaq his­sə­də qapının sağ tərəfində başları oval iki ədəd dəmir çər­çivəli kiçik pəncərəsi var [i],[ii]. Xələc kəndində 1831-ci ildə 23 nəfər, 1873-cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904-cü ildə 319 nəfər, 1914-cü ildə 300 nəfər azərbaycanlı yaşayıb[iii], [iv]. 1918-ci ildə azərbaycanlılar er­mənilərin soyq­ı­rı­mı­na məruz qalaraq de­por­tasiya olunmuşlar [v] . İndiki Er­mə­nis­tan­da sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 114 nəfər, 1939-cu ildə 780 nəfər azər­bay­canlı yaşamışdır [vi]. 1988-ci ilin noyabr ayı­nın son­la­r­ın­da azərbaycanlıların depor­ta­siya olunmasından sonra kəndə ermə­ni­lər kö­çürülüb.

Toponim xalça qə­­dim türk tay­fa­sının adı əsasın­da əmələ gəl­miş­dir. Etno­top­o­­nim­dir. Qu­ru­luş­ca sa­də topo­nim­dir.  Ta­ri­xi fakt­­lar və kənd­də yerləşən İs­lam dini abidəsi olan məscid də sü­but edir ki, Xa­­lac ça­yı­nın sol s­a­­­hi­lin­də yer­lə­şən Xələc kən­din­­də an­caq a­z­ə­r­­­­­bay­canlılar ya­­şa­yıb [vii].

 

[i] Пагирев, Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края / Д.Д.Пагирев. – Тифлис: Типография К.П.Казловского, 1913. – C. 258.

[ii] https://www.youtube.com/watch?v=R60FZIr3xoc

[iii] (https://az.wikipedia.org/wiki/Xalac_(Qafan),

[iv] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 56-57, 134-135.

[v] История Азербайджана по документам и публикациям . – Баку: Элм, 1990 . – S. 205.

[vi] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. –S. 155.

[vii] Древнетюркский словарь. – Л.: Наука, 1969. – S. 635.

Fotolar:
Videolar: