- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Ağbaba mahalının Amasiya rayonunda, Göy dağın ətəyindəki Göllü (Güllü) kəndində.
- YerləşməHazırkı toponim
19.04.1991-ci ildə adı dəyişdirilərək Ardenis adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlıların kütləvi köçürülməsindən sonra ocaq ziyarətsiz qalıb.
- Məlumat
1988-ci ilə qədər kənddə azərbaycanlılar yaşayıb. Göllü kəndinin yuxarı hissəsində düzənlik deyilən ərazidə Xıdır Nəbi babamın ocağı adlandırılan böyük daş yerləşirdi. Əhali bu daşı müqəddəs yer kimi qoruyub saxlayar, ziyarətgaha nəzir deyib, qurban kəsərdi. Göllü və ətraf kəndlərin əhalisinin ən çox inanıb ziyarət etdiyi ocaqlardan biri idi[i]. Azərbaycanın sərhədləri hüdudlarında əski tariximizin maddi-mənəvi sərvətləri sırasında xüsusi yer tutan duyğusal-ruhsal (sakral) adidələrimizin, ocaqlarımızın erməniləşdirilməsinə, əks təqdirdə məhv edilməsinə erməni kilsəsi daha çox diqqət ayırırmış [ii], [iii].
Xıdır Nəbi babamın ocağı Qərbi Azərbaycanın məşhur ziyarətgahlarından biri idi. İl boyu xalqın nəzir deyib, qurban kəsdiyi ocaq olub
[i] https://az.wikipedia.org/wiki/G%C3%B6ll%C3%BC[ii] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 162-166.
[iii] http://www.elibrary.az/docs/qazet/qzt2020_15379.pdf
