- Tarixi
 - XVII yüzil
 - YerləşməƏvvəlki toponim
 Karvansara rayonundakı Xoca Bazar kəndində
- YerləşməHazırkı toponim
 Karvansara rayonu 09.09.1930-cu ildən İcevan
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Ermənilər azərbaycanlılara aid maddi–mədəni abidələrin bir çoxunu məhv etmişdir. Bu vandallıqdan kənd məscidi də nəsibini almış, Xoca Bazar məscidi yerləyeksan edilmişdir.
- Məlumat
 İslam dini abidəsi olan məscid Karvansara rayonundakı Xoca Bazar xarabalığında yerləşir. Kənd məscidi XVII əsrdə tikilmişdir. Məscid kənd əhalisinin ibadət məkanı idi. Eyni zamanda dini bayramlarda və xüsusi günlərdə kənd əhalisi məsciddə toplaşırdı. Xoca Bazar böyük, qədim kənd yeridir. Yuxarı Ağdanın şərq tərəfində, dağ ətəyində yerləşir.[i]
Azərbaycan mədəniyyət nümunəsi olan məscid kənddə azərbaycanlıların dərin sosial–iqtisadi və tarixi inkişaf yolu keçdiyini sübut edir.
[i] Ələsgər Mehdiyev, Amil Əhmədov, Fuad Nəbiyev. “Oğuz yurdu Haqqıxlı”. Bakı, “Adiloğlu”, 2016. səh.55
