- Tarixi
- V yüzil
- YerləşməƏvvəlki toponim
Vedibasar mahalı Vedi rayonunda Zarıncı dağının ətəyində, Xosrov kəndinin mərkəzində.
- YerləşməHazırkı toponim
Xosrov kəndi 1930-cu illərin ortalarında ləğv edilib. İndi xaraba kənddir.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Mənzərəli təbiət qoynundakı yüksəklikdə yerləşən mədəniyyət abidələrinin bir hissəsi ermənilər tərəfindən daşınaraq muzeylərdə erməni mədəni nümunələri kimi təqdim olunur.
- Məlumat
Xosrov kəndinin cənubunda Dərbənd dağlarından başlayan Xırdaçay çayının üstündəki qayalıqda islamaqədərki dini-ibadət mərasimlərinin rəmzi olan, iki kəsişən çıxıntının uclarında Günəş və bədirlənmiş Ay rəsmləri həkk olunub. Qədim dövrlərin oğuz-türk mistik inanclarını üzərində unudulmaz edən bu maddi-mənəvi tarixi irsimizin nümunələri Kusqayasu çayının yanında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edildib. Toponim Xosrov şəxs adı əsasında yaranıb. Antropotoponimdir. Quruluşca sadə toponimdir [i], [ii].
Əski dövrlərin islamaqədərki oğuz-türk mistik-mifik inanclarını üzündə ifadə edən bu maddi-mənəvi irs nümunələri Azərbaycanın ərazidəki tarixi mirasıdır.
[i] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 104.[ii] http://www.anl.az/down/meqale/olaylar/2020/fevral/701141.htm
