- Tarixi
- V yüzil
- YerləşməƏvvəlki toponim
Vedibasar mahalı Vedi rayonunda Zarıncı dağının ətəyində, Xosrov kəndinin mərkəzində.
- YerləşməHazırkı toponim
Xosrov kəndi 1930-cu illərin ortalarında ləğv edilib. İndi xaraba kənddir.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Mənzərəli təbiət qoynundakı yüksəklikdə yerləşən mədəniyyət abidələrinin bir hissəsi ermənilər tərəfindən daşınaraq muzeylərdə erməni mədəni nümunələri kimi təqdim olunur.
- Məlumat
Xosrov kəndinin cənubunda Dərbənd dağlarından başlayan Xırdaçay çayının üstündəki qayalıqda islamaqədərki dini-ibadət mərasimlərinin rəmzi olan, iki kəsişən çıxıntının uclarında Günəş və bədirlənmiş Ay rəsmləri həkk olunub. Qədim dövrlərin oğuz-türk mistik inanclarını üzərində unudulmaz edən bu maddi-mənəvi tarixi irsimizin nümunələri Kusqayasu çayının yanında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edildib. Toponim Xosrov şəxs adı əsasında yaranıb. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Əski dövrlərin islamaqədərki oğuz-türk mistik-mifik inanclarını üzündə ifadə edən bu maddi-mənəvi irs nümunələri Azərbaycanın ərazidəki tarixi mirasıdır.
