- Tarixi
- V–VI əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonundakı Yarpızlı kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu–11.06.1969-cu ildən Vardenis, Yarpızlı kəndi 25.05.1967-ci ildən Lçavan (Gölkənd) adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Yarpızlı kəndindəki qalanın xarabalıqları azərbaycanlıların sonuncu deportasiyası zamanı, 1988-ci ildə qalmaqda idi. Hazırkı dövrdə “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Qala İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonradan Basarkeçər rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilindəki Yarpızlı kəndində yerləşir.
Qala Yarpızlı kəndinin hazırkı mövqeyindən 100–150 metr şimalda V–VI əsrlərdə yüksək ərazidə inşa olunub, qalanın tikintisində böyük qaya və çay daşları ilə ağ suvaq məhlulundan istifadə edilib. Eyni zamanda istehkam- qala olub. Qala Azərbaycan memarlığına aid arxitektura ilə tikildiyi üçün bu yurdun oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 1500–1600 illik tarixinə şəhadət verən maddi sübutdur. Kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[i].
Mənbələrdə “Yarpuzlu” kimi qeyd edilir. 1723-cü ildə Osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət hüququ əldə etdikdən sonra tərtib olunmuş və 12 aprel 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək möhürlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində kənd öz əzəli adı ilə – “Söyüdlü” kəndi kimi, daha dəqiqi, “başqa bir adı Yarpızlı olan Söyüdlü kəndi” təsnifatı ilə təqdim olunur. Həmin qeydlərdən bəlli olur ki, o zaman Yarpızlı (Söyüdlü) kəndi Məzrə nahiyəsinin inzibati bölgüsünə daxil imiş və sultan xəzinəsinə illik ödənci 5230 ağça həcmində müəyyənləşdirilibmiş.
Kənddə 1831-ci ildə 121, 1873-cü ildə 398, 1886-cı ildə 465, 1897-ci ildə 584, 1908-ci ildə 719, 1914-cü ildə 815, 1916-cı ildə 771 nəfər azərbaycanlı yaşamışdır[ii]. 1918-ci ilin sonu, 1919-cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və kənd yandırılmışdır[iii].
Yarpızlıda 1919-cu ildə 800 nəfər yaşamışdır. Andronikin rəhbərliyi altında daşnaklar kəndi yerlə-yeksan etmiş, böyükdən kiçiyə – qoca, qadın, uşaq demədən əhalini kütləvi surətdə qırmışlar. Salamat qalanlar dağla-dərəylə Azərbaycana pənah gətirmişlər. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar kəndlərinə qayıda bilmişlər. Köçürülən az sayda ermənilərlə yanaşı, burada 1922-ci ildə 336, 1926-cı ildə 419, 1931-ci ildə 547 nəfər azərbaycanlı yaşamışdır[iv]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–1953-cü illərdə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüş və kəndə ermənilər yerləşdirilmişdir. Buna rəğmən, sonradan azərbaycanlıların bir qismi Yarpızlıya qayıtmışdır. Yarpızlılar üçüncü dəfə 1988-ci ildə tamamilə zorla qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır.
Toponim yabanı bitki olan yarpız sözünə çoxluq, cəmlik anlayışı bildirən “-lı” şəkilçisi artırmaqla düzəlmişdir. Fitotoponim-dir. Quruluşca düzəltmə toponimdir. XIX əsrin ortalarında “qışlaq” əsasında yaranmışdır. Qışlaq isə “Yarpızlı” adlı yerin adı ilə adlanmışdır[i].
[i] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јарпызлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
[i] Пагиревь Д. Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 306
[ii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.26–27, 112–113
[iii] История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249
[iv] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.26–27, 112–113
