Yengicə kənd məscidi

Tarixi:
XIX-XX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Vedibasar ma­ha­­­lının aran his­sə­­­sində, Ağ­rı­­d­a­ğ vadisində, Ve­­di rayonun mər­kə­zi olan Bö­­yük Vedi qə­sə­­­­bə­sin­dən 5 km cə­nub-qərb­də, Ve­di ça­yı­nın qolu ol­an Bö­­yük ça­y­ın üs­­t­ün­­də yer­lə­­şən Yen­­­gicə kən­­­di­nin yuxa­rı­­sın­­da­kı tə­pə­lik­­lərdə ti­­ki­lib.

Yerləşmə /
Hazırkı toponim:

1991-ci Sisavan ad­­lan­dı­­rı­­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Yandırılan məs­cid­in xa­rabalığı kəndin için­də Bö­­yük çayın ya­nı ilə uzanan kü­çə­nin kənarında qal­maq­da idi

Məlumat:

Yengicə kəndində iki məscid mövcud olub. On­lar­dan biri 1919-cu ildə Yengicə kəndi güclü erməni hü­cumuna məruz qalıb və bu hücum nəticəsində məs­cid binası daşnaklar tərəfindən yandırılıb. 1988-ci il deportasiyasına qədər qədim məscidin xarabalığı kəndin içində Böyük çayın yanı ilə uzanan küçənin kənarında qalmaqda idi. Oğuz qəbiristanlığı ad­la­nır­dı[i].

Yengicə kənd məs­­­­ci­di yerli və ət­raf kənd­lər­dən gə­lən ə­h­a­­­linin iba­­dət y­eri olub. Xü­su­silə dini b­a­y­­­ram­lar və dəfn mə­­ra­sim­lər­­ində ge­niş küt­­lələrin top­­laş­­dığı dini mə­­kan olub.

 

[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 39-40. 

Fotolar:
Videolar: