- Tarixi
- XII-XIII yüzil (təxmini)
- YerləşməƏvvəlki toponim
Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayon mərkəzi Böyük Vedi qəsəbəsindən 5 km cənub-qərbdə, Vedi çayının qolu Böyük çayın üstündə yerləşən Yengicə kəndinin yuxarısındakı təpəliklərdə yerləşir.
- YerləşməHazırkı toponim
1991-ci ildə Yengicə kəndinin adı dəyişdirilərək Sisavan adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ermənilər tərəfindən bu tarixi faktların üstü ört basdır edilərək ictimaiyyətdən gizlədilib.
- Məlumat
Yengicə kəndinin yuxarısındakı təpəliklərdə ferma tikintisi üçün nəzərdə tutulan qazıntı zamanı qədim oğuz qəbiristanlığı aşkar edilmişdi.
Bu qəbirlərin uzunluğunun 3 metrəyə yaxın olması da oğuz qəbirləri olmasını sübut edir. Eyni zamanda əhali arasında bu yer Oğuz qəbiristanlığı adlanırdı [i].
Qədim oğuz-türk qəbiristanlığı qədim dövr Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm tarixi mənbədir.
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 39-40.
