- Tarixi
- III–V əsrlər
- YerləşməƏvvəlki toponim
Loru mahalının Allahverdi rayonundakı Yuxarı Axtala (Ağtala) kəndində
- YerləşməHazırkı toponim
Allahverdi rayonu –19.09.1969-cu ildən Tumanyan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Axtala kənd, məbəd və qala kompleksin-dən çıxarılan arxeoloji abidələr ərazidə arxeoloji tədqiqatlar aparmış fransız arxeoloq Jak de Morqan tərəfindən Fransaya aparılıb. Hazırkı dövrdə Sen-Jermen Milli Arxeologiya Muzeyində nümayiş olunur.
- Məlumat
Azərbaycanlıların qədim dövrdən yaşadığı Yuxarı Axtala kəndi maddi-mədəni irs nümunələri baxımından zəngin ərazi olub. 1887–1889-cu illərdə Axtala kəndindəki məbəd və qala ərazisində arxeoloji tədqiqatlar aparmış fransız arxeoloqJak de Morqan ərazidə 576 ədəd düzbucaqlı formalı məzar daşı qeydə almışdır. Qazıntılar zamanı mədəni təbəqələrdən e.ə. VIII əsrdən – Tunc və Dəmir dövründən başlayaraq sonrakı dövrləri də əhatə edən külli miqdarda arxeoloji material əldə edilmişdir[i].
Kəndin və məbədin adı türkcə olmaqla “ağ” və “tala” sözlərindən ibarətdir.[ii] Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX əsrin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişdir[iii].
Kənd, məbəd və qala kompleksinin yerləşdiyi ərazi V əsrdən etibarən mənbələrdə Əgərək kimi tanınmağa başlamışdır[i]. Axtala kompleksinin yerləşdiyi ərazinin əhalisi sak-skif tayfalarının ərazidə məskunlaşma-sından[ii] sonrakı dövrdə davamlı olaraq türklərolmuşlar[iii].
[i] Tadevosyan, Aghasi. Historical Monuments of Armenia: Akhtala. Yerevan, Armenia: "Var" Center for Cultural Initiatives. 2007. ISBN 978-99941-2-070-3.
[ii] "Киммерийцы и скифы". 2008-12-14 tarixində arxivləşdirilib istifadə tarixi 12.6.2024
[iii] ჯავახიშვილი ივ., ქართველი ერის ისტორიის შესავალი, წგნ. 1 — საქართველოს, კავკასიისა და მახლობელი აღმოსავლეთის ისტორიულ-ეთნოლოგიური პრობლემები, თბ., 1950
[i] Kurkjian, Vahan. A History of Armenia. New York: Armenian General Benevolent Fund. 1958. 8. ISBN B000BQMKSI
[ii] Tadevosyan, Aghasi. Historical Monuments of Armenia: Akhtala. Yerevan, Armenia: "Var" Center for Cultural Initiatives. 2007. ISBN 978-99941-2-070-3.
[iii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh 309
