- Tarixi
- E.ə.III–II əsrlər
- YerləşməƏvvəlki toponim
Loru Mahalının Allahverdi rayonundakı Yuxarı Axtala (Ağtala) kəndində
- YerləşməHazırkı toponim
Allahverdi rayonu –19.09.1969-cu ildən Tumanyan
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Yuxarı Axtala kəndindəki kurqan qəbirlər ermənilər tərəfindən dağıdılıb və oradan çıxarılan əşyaların bir çoxu Ermənistandakı muzeylərdə “erməni eksponatı” kimi təqdim olunur.
- Məlumat
Yuxarı Axtala kəndindəki kurqan qəbirlər kəndin mərkəzi hissəsində məktəb və kənd mədəniyyət evi yaxınlığında yerləşir. 10 dən çox olan kurqan qəbirlərin yerləşdiyi ərazi kəndin qədim qəbiristanlığı olub[i].
XX əsrin 70-ci illərində erməni arxeoloqlarının bu xarabalıqlarda apardığı qazıntılar zamanı aşkarlanmış kurqanların eramızdan əvvəlki dövrün I minilliyinin sonlarına, təxminən eramızdan əvvəlki III–II əsrlərə aid edilməsi Axtalanın oğuz türkləri və digər türk tayfaları tərəfindən binələşdirilməsinin azı 2000–2500 illik tarixi olduğuna dəlalət edir. Ərəblərin bölgəni fəth etməsindən sonra dağlıq ərazidə yerləşən əhalinin çox az bir qismi İslamı qəbul etmiş, qalan əhali isə xristian inancını saxlamışdır. Ərazi 889–942-ci illərdə Sacilər dövlətinin, 942–981-ci illərdə isə Salarilər dövlətinin hakimiyyəti altında olmuşdur. 981-ci ildə Salarilərin hakimiyyətinin sona yetməsi ilə bütün Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Arazdan cənubdakı Azərbaycan ərazilərinin bir hissəsində Rəvvadilər sülaləsi hakimiyyətə gəlmiş, Arazdan şimaldakı hissələrdə isə Şəddadilər sülaləsi möhkəmlənməyə başlamışdır[ii].
Azərbaycan türk sülalələrinin hakimiyyəti altında olmuşdur. Bölgədə Hülakülərin, Qaraqoyunluların hakimiyyəti iki əsrə yaxın davam etmişdir.[iii] Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuşdur.
XX əsrin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişdir[iv].
Kurqanlar kəndin qədim tarixi keçmişindən xəbər verir. Azərbaycanın qədim dövr tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Toponim qədim türk dilində “kiçik, kiçicik, xırda, balaca” mənasında işlənən “ağ” sözü ilə “meşə ortasında açıqlıq” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir[i].
[i] Bayramov İbrahim, Mustafa Nazim. Həqiqətin onomastikası. Bakı: 2021, s.305
[i] Mənbə: İmanov Tofiq Allahverdi oğlu, Yuxarı Axtala kənd sakini
[ii] http://geocities.com/kfzhouy/Chron/Chron5e.html
[iii] Anne Elizabeth. The Armenians (First). Massachusetts: Blackwell Publishers Inc. 2000. 225–26, 258, 261. ISBN 0-631-22037-2.
[iv] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh 309
