Əsas şəkil

Yuxarı Axtala qəbiristanlı-ğında qəbirüstü at və qoç heykəlləri

Tarixi
VIII–X əsrlər
Yerləşmə
Əvvəlki toponim

Loru maha­lı­nın Allah­ver­di rayonun­daYuxarı Axtala kən­dində

Yerləşmə
Hazırkı toponim

Allahverdi ra­yonu – 19.09. 1969-cu ildən Tu­manyan

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Azərbaycanlıla­rın buradakı ta­rixi iz və mi­ra­sını sil­­mək məq­sə­dilə qəbirüstü  hey­kəllərin üzə­rinə er­mə­ni ele­mentləri və  er­məni xa­çı əlavə olu­nub və indiki dövrdə “ermə­ni abidəsi” ki­mi sərgi­lə­nir.

Məlumat

Yuxarı Axtala kəndindəki at və qoç heykəlləri kəndin mərkəzi his­səsində məktəb və kənd mədə­niy­yət evindən 50 metr məsafədə yer­ləşir. Çox sayda at və qoç hey­kəl­lərinin yerləşdiyi ərazi kəndin qə­dim qəbiristanlığı olub[i].

Ərazi 889–942-ci illərdə Saci­lər döv­lətinin, 942–981-ci illərdə isə Salari­lər dövlətinin hakimiyyəti altında ol­muş­dur. 981-ci ildə Sala­rilə­rin hakimiy­yətindən sonra əra­zi­də Rəvvadilər Şəddadi­lər süla­lə­si möhkəmlən­məyə başlamış­dır.[ii]  Ərazi Azərbay­can-türk süla­lə­lə­ri­nin hakimiyyəti altın­da ol­muş­­dur. 

Bölgədə HülakülərinQaraqoyun­­­­lula­rın hakimiyyəti iki əsrə yaxın davam etmişdir.[iii] Qədim qəbiris­tanlıqdakı qəbirüstü heykəllər məhz azərbay­can­lıların da soyun­dan gəldiyi  həmin türk tayfalarına mənsubdur.

Axtala kəndi tarixən türk tayfa­la­­rı­nın yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yal­nız Azər­bay­can türkləri yaşamışdır. İlk er­mə­nilər isə kəndə 1922-ci ildə kö­çüb gəlmişdir[iv].

Yuxarı Axtala bütövlükdə azərbaycanlı­lardan ibarət kənd olub. Bu qə­bir­­üstü daş­lardan da gö­rü­nür ki, bu­ra bir türk qə­biristanlığıdır.


 


[i] İmanov Tofiq Allahverdi oğlu, Yuxarı Axtala kənd sakini

[ii] http://geocities.com/kfzhouy/Chron/Chron5e.html

[iii] Anne Elizabeth. The Armenians (First). Massachusetts: Blackwell Publishers Inc. 2000. 225–26, 258, 261. ISBN 0-631-22037-2.

[iv] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh 309