Əsas şəkil

Yuxarı Zağalı kəndində alban abidələri

Tarixi
III–V əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basar­ke­çər rayo­nun­dakı Yu­xarı Zağalı kən­dində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu –11.06.1969-cu ildən Var­denis, Yu­xarı Za­ğalı kən­di 25.01.1978-ci ildən Ax­pradzor ad­landırılıb

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1987–1991-ci illərdə baş ve­­rən azərbay­can­­­lıla­rın er­­mə­­ni­lər tə­­rə­findən kütləvi de­por­tasiyası­na qə­dər köh­nə qəbi­ristan­lıq əra­­­zi­sin­də­ki qəbir­üs­tü abi­dələrin bir çoxu to­xu­­nul­ma­mış qa­lırdı. Daha son­ra er­mənilər tə­rə­­fin­dən bir qis­­mi mənim­sə­ni­lib.

Məlumat

Yuxarı Zağalı kəndindən 1 km şərqdə qədim qəbiristanlıq yerləşir. Qəbiristanlıqda 1,5–2 metr hündür­lüyündə və 60–70 sm enində çox say­da alban qəbirləri mövcud olub[i]. Qaya daşlarından yonulub ha­zırlanan alban qəbirüstü abidələ­ri­nin üzərin­dəki al­ban­lara məxsus böyük xaçların ətrafı Azərbaycan me­­marlığında və sə­nət­kar­lığında is­ti­fadə olunun naxış­larla bəzə­dilib. Yuxarı Zağalı  kəndi rayon mər­kə­zindən 15 km cənub-qərbdə, Göyçə gölünün yaxınlığında Dik Pilləkən dağının ətəyində yerlə­şir. Qafqazın 5 verstlik xəritəsin­də[2] qeyd edilmişdir. Kənd həm də Tatar (azərbaycanlı) Zağalısı adlan­dırılmışdır[ii]

Kənddə 1831-ci ildə 98, 1873-cü ildə 515, 1886-cı ildə 717, 1897-ci ildə 774, 1908-ci ildə 917, 1914-cü ildə 1018, 1916-cı ildə 922 nəfər azərbaycanlı yaşayıb[iii].

1918-ci ilin sonu–1919-cu ilin əvvəllərində azərbaycanlılar ermə­ni­lər tərəfindən qırğınlarla qovulmuş­lar[iv]. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan son­ra azərbay­canlılar öz doğma kənd­lərinə qayıda bilmişlər. 1922-ci ildən sonra Türkiyə­nin Muş bölgə­sin­dən köçürülən ermə­nilər Yuxarı Zağalı kəndində yerləş­diril­mişdir[v]. Ermənilərlə yana­şı, 1926-cı ildə bu­rada 185 nəfər, 1931-ci ildə 206 nə­fər azərbaycanlı yaşamışdır[vi].

1988-ci ilin noyabr deportasiya­sın­da kənddən 450500 nəfərə yaxın azərbaycanlı zorla qovulub.

Toponim Azər­baycan dilində “ma­ğa­ra” məna­sında işlənən zağa sözünə “-lı” şəkilçi­si­nin əlavəsi ilə düzəlmişdir. Quruluşca mü­rəkkəb to­po­nimdir. To­ponimin əv­vəlində iş­lənən “Yuxa­rı” sözü fərq­lən­dirici əla­mət bildirir. Yuxarı Zağalı kəndi Taşir Zağalısı və  Qızılxaraba da adlanmış­dır. Zağalı kən­dində Aşa­ğı Zağalı məntəqəsi yarandıqdan sonra Yuxarı Zağalı adlan­mışdır. Kən­din adı zağa, mağara, kaha, sığınacaq adı­nı əks etdirir. Toponimdə də ermənilərlə bağ­lı hər hansı ifadə yoxdur.
 


[i] https://az.wikipedia.org/wiki/Yuxar%C4%B1_Za%C4%9Fal%C4%B1

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26

[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27, 110–111

[iv] История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249

[v] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).  Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27

[vi] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27,110–111