Əsas şəkil

Yuxarı Zağalı kəndində qala

Tarixi
E.ə II minilliyin ortaları
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basar­ke­çər rayonun­dakı Yuxarı Zağalı kən­din­də

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu11.06.1969-cu ildən Var­denisYuxarı Za­ğalı kəndi 25.01.1978-ci ildən Ахpradzor adlandırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Vaxtilə liman kimi istifadə olunmuş Aşağı Zağalının əra­zi­sindən baş­layan müdafiə bəndi Yuxarı Zağalı qalasına qədər uzanırdı. 3500 il tarixi olan bu müda­fiə istehkamı­nın uzunluğu 6 km idi. Yuxarı Zağalıdakı qalanın qalıq­ları indiki dövr­­də yerləş­diyi ərazidə qal­­­­maqdadır. Er­­mə­nilər tərə­fin­dən mənim­sə­nilib, “ermə­ni abidəsi” ki­mi təq­dim edi­lir.

Məlumat

Yuxarı Zağalı qalası Göyçə gö­lü­nün cənub-şərqində, Basar­keçər rayonundan 15 km qərbdə, dəniz səviyyəsindən 2198 metr hün­dür­lükdə yerləşir. Yuxarı Zağalının müasir coğrafi mövqeyindən təx­mi­nən 500 metr məsafədə uzaqda yerləşən, eramızdan əvvəlki döv­rün ikinci minilliyinin ortalarına aid qala oğuz türkünün bu yurdda binələş­mə­sinin azı 3500 illik tari­xinə şə­hadət verən maddi sübut­dur.

Qafqazın 5 verstlik xəritə­sin­də qeyd edilmişdir. Kənd həm də Tatar (Azər­bay­canlı) Zağalısı ad­lan­dırılmışdır [i].

Göyçədə Yuxarı Zağalı və Aşa­ğı Zağalı adlı bir-birindən ayrı-ay­rı iki müstəqil inzibati vahid var idi. Ermənistan SSR Ali So­vetinin 12 avqust 1946-cı il tarixli qərarı ilə Aşağı Zağalı toponimi “Tsovaq”, 25 yanvar 1978-ci il tarixli qərarı ilə isə Yuxarı Zağalı toponimi “Axpradzor” sözü ilə əvəzlənib.

Kənddə 1831-ci ildə 98, 1873-cü ildə 515, 1886-cı ildə 717, 1897-ci ildə 774, 1908-ci ildə 917, 1914-cü ildə 1018, 1916-cı ildə 922 nəfər azərbay­canlı yaşayıb[ii].

1918-ci ilin sonu–1919-cu ilin əvvəllərində azərbaycanlılar er­mə­­nilər tərəfindən qırğınlarla qo­vul­muşlar[iii]. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qu­­­rulandan sonra azərbay­canlılar öz doğma kəndlərinə qayıda bil­miş­lər. 1922-ci ildən sonra Türki­yə­nin Muş bölgəsindən köçürülən ermə­nilər Yuxarı Zağalı kəndində yerləş­diril­mişdir[iv]. Ermənilərlə yanaşı, 1926-cı ildə burada 185, 1931-ci ildə 206 nəfər azər­baycanlı yaşamışdır[v]

1988-ci ilin noyabr depor­tasiya­sında kənddən 450–500 nəfərə ya­xın azər­baycanlı zorla qovulub.

Toponim Azərbaycan dilində “ma­ğa­ra” mənasında işlənən zağa sözünə “-lı” şəkilçisinin əlavəsi ilə dü­zəl­mişdir. Qu­ruluşca mürək­kəb toponim­dir. Toponi­min əvvəllin­dəki işlənən “Yuxarı” sözü fərqləndirici əlamət bildirir.

Yuxarı Zağalı kəndi Taşir Zağalısı və Qızılxaraba da adlan­mış­dır. Zağalı kən­dindən Aşağı Zağalı məntəqəsi ya­randıqdan son­ra Yuxarı Za­ğa­lı adlanmış­dır. Kəndin adı zağa, mağara, kaha, sığına­caq adını əks etdirir. Topo­nim­də ermə­ni­lərlə bağlı hər hansı ifadə və əlamətə rast gə­linmir.
 


[i] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27, 110–111

[iii] История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249

[iv] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).  Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27

[v] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27,110–111