Əsas şəkil

Yuxarı Zağalı kəndində qəbirüstü (Oğuz qəbirləri) abidələr

Tarixi
VII–VIII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basar­ke­çər rayo­nun­dakı Yu­xarı Zağalı kən­dində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu11.06.1969-cu ildən Var­denisYuxarı Za­ğalı kəndi 25.01.1978-ci ildən Ах­pradzor ad­lan­dırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1987–1991-ci illərdə baş ve­­rən azərbay­can­­lıla­rın er­mə­­nilər tə­­rə­findən kütləvi de­por­tasiyası­na qə­dər köh­nə qəbiristan­lıq əra­­­zisin­də­ki qəbirüstü abidələrin bir çoxu to­xu­­nul­mamış qa­lırdı. Daha son­ra er­mənilər tə­rə­­fin­dən bir qis­mi mənim­sə­ni­lib, qalan­­la­rı isə məhv edi­lib.

Məlumat

Yuxarı Zağalı kəndindən 1 km şərqdə qədim qəbiristanlıq yerləşir. Qəbiris­tanlıqda çox sayda 2 metr  hün­dür­lüyündə və 50-60 sm enində oğuz qəbirləri mövcud olub[i]. Ağ və sarı qaya daşlarından yonulub ha­zırlanmış bu qəbirlərin üzərində on­ların həyat şəraitini və məişətini əks etdirən təsvirlər yer alıb. Oğuz qə­bir­ləri və qəbiristanlıqdakı digər qə­birlər o ərazidə müxtəlif dövrlərdə yaşamış türk tayfalarına mənsub olub. Erməni­lərin 1905–1906-cı, 1918–1920-ci və 1948–1953-cü il­lər­də apar­dıqları etnik təmizləmə və er­mə­niləşdirmə siyasəti nəticə­sin­də oğuz qəbirlərinin əksər hissəsi da­ğıdılıb. 

Qəbirüstü abidələr oğuz türkünün bu yurdda binələşməsinin azı 3500 illik tarixinə şəhadət verən maddi sübutdur

Yuxarı Zağalı  kəndi rayon mər­kə­zindən 15 km cənub-qərbdə, Göy­çə gölünün yaxınlğında Dik Pilləkən dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edil­miş­­dir. Kənd həm də Tatar (azər­bay­canlı) Zağalısı adlandırıl­mış­dır[ii]

Kənddə 1831-ci ildə 98, 1873-cü ildə 515, 1886-cı ildə 717, 1897-ci ildə 774, 1908-ci ildə 917, 1914-cü ildə 1018, 1916-cı ildə 922 nəfər azərbaycanlı yaşayıb[iii].

1918-ci ilin sonu–1919-cu ilin əvvəllərində azərbaycanlılar erməni­lər tərəfindən qırğınlarla qovulmuş­lar[iv]. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan son­ra azərbaycanlılar öz doğma kənd­lərinə qayıda bilmişlər. 1922-ci ildən sonra Türkiyənin Muş bölgə­sindən köçürülən ermənilər Yuxarı Zağalı kəndində yerləşdirilmişdir[v]. Ermənilərlə yanaşı, 1926-cı ildə bu­rada 185 nəfər, 1931-ci ildə 206 nə­fər azərbaycanlı yaşamışdır[vi]

1988-ci ilin noyabr deportasi­ya­sında kənddən 450500 nəfərə yaxın azərbaycanlı zorla qovulub.

Toponim Azər­baycan dilində “ma­ğara” məna­sın­da işlənən zağa sözünə “-lı” şəkilçi­sinin əlavəsi ilə düzəlmiş­dir. Quruluş­ca mürəkkəb toponimdir. To­ponimin əvvəlində işlənən “Yu­xa­rı” sözü fərqləndirici əlamət bildi­rir. Yu­xa­rı Zağalı kən­di Taşir Za­ğa­lısı və Qı­zıl­xaraba da adlan­mış­dır. Zağalı kən­dində Aşa­ğı Zağalı məntəqəsi ya­randıqdan son­ra Yuxarı Zağalı adlan­mış­dır. Kən­din adı zağa, mağara, kaha, sığınacaq adı­nı əks etdirir.

Toponimdə də ermənilərlə bağ­lı hər hansı ifadə yoxdur.

 


 


[i] https://az.wikipedia.org/wiki/Yuxar%C4%B1_Za%C4%9Fal%C4%B1

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26

[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27, 110–111

[iv] История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249

[v] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).  Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27

[vi] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931).: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27,110–111