Zəhmət kənd Günbəzli məscidi

Tarixi:
XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar ma­h­a­lı Zən­gi­ba­s­a­r ra­­y­o­nun­da­kı Zəhmət kən­d­i­­n­də

Yerləşmə /
Hazırkı toponim:

Haçaparaq kəndi 3.01.1935-ci ildən – Zəh­mət, 19.04.1991-ci ildən – Xaçpar  adlandı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Məscid təmir e­d­i­lib, 1988-ci ilə qədər fəa­liyyət göstə­rib[i]. De­por­ta­si­yadan son­­ra ermə­ni­lər tə­rə­findən dağ­ı­­d­ılıb.

 

[i] Olaylar. – 2021. – 19-25 fevral. – S. 20.

Məlumat:

Zəhmət kəndindəki Günbəzli məscid 200 illik tarixə ma­likdir. Yaşı etibarı ilə və ey­ni zamanda tarixi maddi-mədəni abidə he­sab olunan məscidin ölçüsü 18 m x 25 m, hün­dürlüyü 5m idi. Günbəzli və qırmızı tuf­dan tikil­miş­di. İslam dini mə­ra­sim­lər­ində Arbat kənd­inin hay ailələri (əsasən Su­ri­yadan kö­çənlər, bu kənddə 12-13 ailə azər­­baycanlı idi) də Zəhmət kənd məs­ci­d­in­də zi­yafət məclisləri təşkil edir, qurban kəs­di­rirdilər, niyyətləri üçün dua­lar edirdilər. 1936-1937-ci ildə Zəngi çayının ya­ta­ğında baş verən zəlzələ nəticəsində kəndin qərbində və mərkəzində yerləşən tikililərlə birlikdə məscid də ciddi zədə lmış, daha sonra təmir edilmişdir [i].

Məscid azər­bay­­can­­lı­lara aid di­ni iba­dət mə­ka­nı­dır. Qədim is­lam abidəsi olan məs­cid əra­zinin azər­bay­can­lı­l­a­r­ın yur­du ol­du­ğu­nu təs­diq edən mənbələr ara­­sın­da yer alır.

 

[i] http://www.anl.az/down/meqale/olaylar/2021/fevral/735529.htm

Fotolar:
Videolar: