Zəhmət kənd mədrəsəsi
Zəngibasar mahalı Zəngibasar rayonu Zəhmət kəndində.
Haçaparaq kəndi 3.01. 1935-ci ildən – Zəhmət, 19.04.1991-ci ildən – Xaçpar.
Memarlıq
Kəndin dini mədəni irfan mərkəzi olan mədrəsə ermənilər tərəfindən məhv edilib.
Zəhmət kənd mədrəsi Mustafa Hacı Axund oğlu tərəfindən yaradılıb. Dini-irfani təlimləri keçən, Şərq dillərini mükəmməl bilən və tədris edən Mustafa Hacı Axund oğlu 1937-ci ildə Qazaxıstana sürgün edilib. Onun şagirdləri Tiflis şəhərindəki Qafqaz Universitetinin məzunları olub, bir çoxları təqiblərdən qurtulmaq üçün Türkiyə və Cənubi Azərbaycana mühacirət edib. Zəhmət kəndinin din xadimlərindən Molla Hüseyn (1895-1985) 1947-cildə Gəncə şəhərində İmamzadə camesinin baş axundu olub, sonra Naxçıvan şəhərinə köçərək orda da 23 il ali-dini vəzifə daşıyıb, ondan əvvəl bu pillədə irəvanlı Hacı İbrahimxəlil olub [i]. Toponim Azərbaycan dilində “haçalanmanın başlandığı yer” mənasında işlənən haça sözü ilə qədim türk dilində “gecələr heyvan salınan, hasarlanmış yer” mənasında işlənən parax sözünün birləşməsindən əmələ gəlib [ii]. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir [iii].
Mədrəsə Zəhmət kəndi və ətraf kəndlərdən gələnlər üçün din, dil tədris edən irfan ocağı rolunu oynayıb. Bununla yanaşı, kəndin dini-mədəni baxımdan da inkişaf etmiş azərbaycanlı yurdu olduğunu da göstərir.
[i] http://www.anl.az/down/meqale/olaylar/2021/fevral/735529.htm
[ii] Azərbaycan dilinin izahlı lüğəti / Az.SSR EA Nəsimi ad. Dilçilik İn-tu; red. Ə.Orucov; red. hey.: V.Aslanov və b.; tərt. ed.: B.Abdullayev və b. . – Cild 4 . – Bakı: Elm, 1987 . – S. 359.
[iii] Гасанов А.Г. О некоторых древнетюркских словах в топонимии Азербайджана / А.Г.Гасанов, Г.А. Гейбуллаев // АГУ им. С.М.Кирова. Cер. язык и литературы . – 1979 . – № 1 . – C. 10.