Zərrab xan (Sərrafxana) karvansarası

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.

Yerləşmə /
Hazırkı toponim:

1936-cı ildən etibarən Yerevan.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1926-cı ildə baş verən zəlzələdə zə­dələnən Zər­rab xan karvan­sa­rasına yıxıl­ma­­ması üçün di­rək­lər qoyulub. Sonrakı illərdə kar­vansara və ət­rafındakı dü­kanlar azər­bay­can­lılara aid ta­ri­xi dövrü əks et­dirən ele­ment­lərlə zəngin ol­du­ğu üçün er­mə­nilər tərəf­in­dən sökülüb.

Məlumat:

Köhnə İrəvanda yerləşən Zərrab xan (Sər­raf­xana) karvansarası, XIX əsrin son­lar­ı­na yaxın şəhərdə mövcud olan 20 kar­van­sa­radan biri idi [i].  Daşdan hörülmüş, or­ta­sında kvadrat şəkilli meydançaları,  su hovuz­ları olan karvansaralar İrəvanın gö­zəl tikililərindən hesab olunurdu. 1926-27-ci illərə aid olan mənbələrdə təqdim olu­nan fotolarda karvansara divarlarına dirəklərlə dayaq verildiyi görünür [ii].

Karvansara hə­yə­­tində çoxlu say­da yük daşı­yan arabaların və müxtəlif m­ə­n­­şəli dü­kan­ların ol­­­­ması kar­van­s­a­­ranın ən çox uza­q məsa­fə­dən g­ə­lən tacir­lərin q­a­l­dığı məkan ol­du­ğu­nu gös­tə­rir [iii].

 


[i] Г.Мелик-Дадаян Источник: Музей Истории Еревана

[ii] 9https://www.facebook.com/IrevandaTurkler/posts/3817134451695990

[iii] https://www.facebook.com/IrevandaTurkler/posts/3817134451695990

Fotolar:
Videolar: