- Tarixi
- B.e-nın I minilliyi¬nin əvvəli
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Sevan rayonundakı Zeynalağalı kəndində
- YerləşməHazırkı toponim
Zeynalağalı kəndi 1850-ci ildə Aleksan-drovka, 26.04.1946-cı ildən isə Çkalovka adlandırılıb.
- Təsnifatı
Dekorativ- tətbiqi sənət
- Mövcud vəziyyəti
Zeynalağalı kəndində mövcud olan kitabələr azərbaycanlıların qədim dövrdən yaşadığını təsdiq edən sənəd olduğu üçün ermənilər tərəfindən 1987–1991-ci illərdə azərbaycanlıların sonuncu kütləvi deportasiyasından sonra tamamilə dağıdılıb.
- Məlumat
Qədim dövrə aid daşüstü kitabələr Göyçə gölünün qərb sahilində, indiki Sevan şəhərindən 5 km cənub-şərqdə yerləşmiş Zeynalağalı kəndinin ərazisindəki qalada yerləşir. Tarixi mədəniyyət abidəsi kimi qorunan qaladan tapılmış və eramızın birinci minilliyinin əvvəllərinə aid olduğu elmi cəhətdən təsdiqlənmiş daş kitabələr, oğuz türkünün bu yerlərdə binələşməsinin ən azı 2000 illik tarixinə şəhadət verən maddi sübutlardır.
Erməni mənbələrində isə Zeynalağalının adına ilk dəfə X1X əsrin əvvəllərinə dair sənədlərdə, yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. 1831-ci ilə dair sənədlərə görə erməni vilayətinin tərkibinə qatıldığı zaman Zeynalağalının sırf azərbaycanlılardan ibarət 423 nəfər əhalisi olmuşdur.
1831–1873-cü illərdə Zeynalağalı kəndi dağıdılaraq[i] azərbaycanlıların oradan çıxarılmasına çalışılıb. 1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişdir. Azərbaycanlılar XX əsrin əvvəllərində (1905–1906-cı illərdə) kənddən qovulmuşdur[ii].
Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlib “Zeynalağaya mənsub yer, kənd” deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
