- Tarixi
- III–IV əsrlər
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Sevan rayonundakı Zeynalağalı kəndində
- YerləşməHazırkı toponim
Zeynalağalı kəndi 1850-ci ildə Alek-sandrovka, 26.04.1946-cı ildən isə Çkalovka adlandırılıb.
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Kurqandan çıxarılan əşyalar ermənilər tərəfindən mənimsənilib, qədim dövr “erməni eksponatları” kimi indiki Ermənistanın muzeylərində nümayiş olunur.
- Məlumat
İçində qədim dövrə aid dəyərli əşyaların olduğu kurqanlar Göyçə gölünün qərb sahilində, indiki Sevan şəhərindən 5 km cənub-şərqdə, Zeynalağalı kəndinin ərazisindəki qalada yerləşir.
Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. 1831-ci ilə dair sənədlərə görə erməni vilayətinin tərkibinə qatıldığı zaman Zeynalağalının sırf azərbaycanlılardan ibarət 423 nəfər əhalisi olmuşdur.
1831–1873-cü illərdə kəndi dağıdılaraq[i] azərbaycanlıların oradan çıxarılmasına çalışılıb. 1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişdir. Azərbaycanlılar XX əsrin əvvəllərində (1905–1906-cı illərdə) kənddən qovulmuşdur[ii].
Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlib, “Zeynalağaya mənsub yer, kənd” deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
