- Tarixi
- B.e. I minilliyin əvvəlləri
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Sevan rayonundakı Zeynalağalı kəndində
- YerləşməHazırkı toponim
Yeni Bəyazid– Sevan, Zeynalağalı kəndi 1850-ci ildə Aleksan-drovka, 26.04.1946-cı ildən isə Çkalovka adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Zeynalağalı kəndindəki qalada XX əsrin 50-ci illərində arxeoloji qazıntılar aparıldığı dövrdə qalanın bir hissəsi ermənilər tərəfindən dağıdılıb. 1987–1991-ci illərdə baş verən azərbaycanlıların son deportasiyasına qədər qalanın xarabalığı ərazidə qalırdı.
- Məlumat
Tarixi mədəniyyət abidəsi olan bu qala Göyçə gölünün qərb sahilində, indiki Sevan şəhərindən 5 km cənub-şərqdə yerləşmiş Zeynalağalı kəndinin ərazisində yerləşir.
Eramızın birinci minilliyinin əvvəllərinə aid olan qala böyük qaya daşlarından istifadə olunaraq inşa olunub. Qala hündür və qalın divarları ilə ərazinin müdafiəsində mühüm rol oynayıb. Arxeoloji qazıntılar zamanı qalada tapılan kitabə və əşyalar türk mənşəli tayfaların həyat tərzi və mədəniyyəti ilə bağlıdır. Bu da oğuz türkünün bu yerlərdə binələşməsinin ən azı 2000 illik tarixinə şəhadət verən maddi sübutlardır.
Erməni mənbələrində Zeynalağalınm adına ilk dəfə X1X əsrin əvvəllərinə dair sənədlərdə, yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. 1831-ci ilə dair sənədlərə görə erməni vilayətinin tərkibinə qatıldığı zaman Zeynalağalının sırf azərbaycanlılardan ibarət 423 nəfər əhalisi olmuşdur.
1831–1873-cü illərdə Zeynalağalı kəndi dağıdılaraq[i] azərbaycanlıların oradan çıxarılmasına çalışılıb.
1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişdir. Azərbaycanlılar XX əsrin əvvəllərində (1905–1906-cı illərdə) kənddən qovulmuşdur[ii].
Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlib, “Zeynalağaya mənsub yer, kənd” deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
