Zeyvə piri
Zəngəzur mahalı Mığrı rayonunun Tey kəndində
Mığrı rayonunun adı dəyişdirilərək – Meğri adlandırılıb
Memarlıq
Daha çox Tey, Maralzəmi və ətraf kəndlərin əhalisinin ziyarət etdiyi Zeyvə piri azərbaycanlıların 1988-ci il deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb.
Mığrı çayının kənarında, Tey kəndinin cənubunda 20-30 hektarlıq sahə tutan Zeyvə yeri deyilən ərazidə meyvə bağları – əkin sahələri əhatəsində boyu 3-4 metrə qədər olan dördkünc formalı tikili Zeyvə pirinin nişanəsi idi. İçərisində bir məzar vardı. Bu ocağa bitişik qonşu Maralzəmi kəndinin qəbiristanlığı yerləşirdi [i].
Zeyvə piri kimi müqəddəs ocaq, ziyarətgahı yerləri, tarixi maddi-mədəni irs tikililəri müsəlman-türk xalqlarının sakral-ruhsal hisslərinin məbədgahı kimi xüsusi əhəmiyyətə malikdir.
[i] ttp://www.anl.az/down/meqale/olaylar/2019/oktyabr/679129.htm