- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Gəncə quberniyasının Zəngəzur qəzasının Qafan rayonundakı Siznək kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Gəncə – Yelizavetpol,Qafan rayonu- Kapan adlandırılıb
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qəbiristanlığın çox hissəsi yol çəkəndə, sonra isə tarla ərazisini genişləndirəndə Ziya Baba ziyarətgahı bilərəkdən ermənilər tərəfindən sökülüb.
- Məlumat
Yolun alt hissəsində dağdağan ağacının dibində Ağkəndli Ziya babanın qəbri vardı. Qəbir kənd və ətraf ərazidə yaşayan insanlar tərəfindən Ziya Baba ziyarətgahı kimi qəbul edilirdi. Ocağa inananlar bura ziyarətə gəlib, niyyət edib, nəzir deyib, qurban kəsərdi [i].
Ziya Baba ziyarətgahı kimi dini-ruhsal ocaqlar Qərbi Azərbaycan torpaqlarında müsəlman-türk dünyasının maddi mədəni irsinin nümunəsi kimi əhəmiyyət daşıyır.
[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. – S. 121.
