- Tarixi
- 1885-ci il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunun Zod (İlk adı III–V əsrlərdən – XIV əsrin sonları (1387–1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa, 1813–1814-cü illərdə Vəliağa olub) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu –11.06.1969-cu ildən Vardenis, Zod kəndi–09.04.1991-ci ildən Sotk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Kəndin dini- mədəni irfan mərkəzi olan mədrəsə ermənilər tərəfindən 1918–1920-ci illərdə yandırılıb.
- Məlumat
Hələ 1885-ci ildə Zodda mədrəsə ilə yanaşı, müasir tipli məktəb fəaliyyət göstərirdi və bu məktəbin bütün xərclərini öz üzərinə götürmüş Səmənd ağa kənddə dini təhsilin qayğısına qalmaqla yanaşı, Avropa təhsili almış ziyalıların – Mirzə Əsgər, Mirzə Bəylər və Hacı Əliş Ağanın təqdimat verdiyi istedadlı gənclərin Rusiyanın və Avropanın ən mötəbər ali təhsil ocaqlarında oxumasına şərait yaradır, onların təhsil məsrəflərini ödəyirdi. Mədrəsə Səmənd ağanın kənddəki mülklərindən birində yerləşirdi. Elə həmin nurlu şəxsiyyətlər “Mola Nəsrəddin” dərgisinin Göyçədə yayılmasını da təşkil etmişdilər[i]. Təbii ki, bu cür hərtərəfli inkişafla, XX əsrin əvvəllərində Zod, ümumən Yeni Bəyazid qəzası türkləri üçün mədəniyyət mərkəzinə və qeyri-rəsmi inzibati mərkəzə çevrilmişdi.
Bəzi mənbələrə əsasən, “zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri” deməkdir. Alban tarixçisi Musa Kalankatlı eramızın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi
Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/ tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır.
[i] https://az.wikipedia.org/wiki/Zod
