- Tarixi
- III–V əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunun Zod (İlk adı III–V əsrlərdən – XIV əsrin sonları (1387–1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa, 1813-1814-cü illərdə Vəliağa olub) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu –11.06.1969-cu ildən Vardenis, Zod kəndi– 09.04.1991-ci ildən Sotk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Hazırkı dövrdə Zod kəndində yerləşən alban abidələrinin yuxarı hissəsi qismən dağılıb. Məzarlıqdakı abidələrin çoxu sınıq və yerə yatıq vəziyyətdədir[i].
[i] https://az.wikipedia.org/wiki/Zod
- Məlumat
Zod kəndinin mərkəzində III–V əsrlərə aid olan, üzərində “Qrabar” əlifbası ilə yazılan albanların tarixindən bəhs edən xaç daşları kimi dəyərli tarixi abidələr mövcuddur. Ətrafında yaşayış evləri olan qədim qəbiristanlıqda bir neçə alban dövrünə aid qəbirüstü xaç daşı abidəsi qismən salamat qalmışdır. Qaya daşından yonulub hazırlanmış sarı rəngli qəbirüstü abidələrin hündürlüyü 1,5–2 metr, eni isə 0,5–0,6 metr civarındadır.
Zod kəndinə İ.Şopen tərəfindən tərtib olunmuş siyahıda rast gəlinir. Rəsmi məlumatlara görə, Zod həmin vaxt, əhalisinin etnik tərkibi etibarilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588 nəfərə çatmışdır.
1905–1907-ci illərdəki deportasiya zamanı kəndin təxminən 100 evi, 300–350-yə yaxın, 1914-cü ildə isə 1988 nəfər əhalisi olmuşdur. 1918–1920-ci illərdəki deportasiya zamanı kəndin 200–230 evi, 800–1000 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki deportasiya zamanı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Göygöl rayonunda məskunlaşmışdır. 1987–1991-ci illərdəki sonuncu deportasiya zamanı kəndin 400–450 evi, 1600–2000 nəfərə yaxın əhalisi olmuş və onlar qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Gəncə, Xanlar (indiki Göygöl), Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi bu günə qədər məskunlaşdıqları ərazilərdə yaşayırlar. Kəndin 650–700 evi, 4700 nəfərə yaxın əhalisi olmuşdur[i].
Bəzi mənbələrə əsasən, “zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri” deməkdir. Bir digər açıqlamaya əsasən, alban tarixçisi Musa Kalankatlı eramızın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır.
[i] https://az.wikipedia.org/wiki/Zod
