Əsas şəkil

Zod kəndində dini məktəb

Tarixi
1912-ci il
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­ha­­lının Basar­ke­çər ra­yo­­nu­nun Zod (İlk adı III–V əsr­lər­dən – XIV əsrin sonları (1387–1388), XV əsrin əv­və­linə (1400) qədər Başka­la­fa, 1813–1814-cü illər­də Vəliağa olub) kənd­ində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu –11.06.1969-cu ildən Varde­nis, Zod kəndi 09.04.1991-ci ildənSotk

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Dini məktəb 1917-ci ildə so­vet bol­şe­vik­­ləri tə­rə­fin­­dən təz­yi­qə mə­ruz qal­dığı üçün fəaliy­yə­­tini dayan­dır­­mış­dır. Mək­­tə­bin bi­na­sı baş­qa məq­­sədlər üçün istifadə edilib.

Məlumat

Kənddə 1912–1913-cü illərdən 1917-ci ilə qədər dövlət tərəfindən açılmış dini məktəb 3 il fəaliyyət göstərmişdir. Məktəbi açan Molla Tağılar olmuşdur. Məktəb kənd mər­­kəzində yerləşirdi. Məktəbin təx­minən 2 buraxılışı olmuş­dur. Di­ni məktəbdə dərs deyən Molla Tağı oğlu Məhəmməd və digər müəl­­lim­lər İslam dininin mütərəq­qi­­liyini, elmi­liyini insanlara çat­dı­rır və onu xu­rafatdan, mövhumat­dan uzaq olduğunu tutarlı dəlillərlə sübuta yetirir və adam­ları halal­lığa, ədalətə dəvət edirdilər. 

Göyçə hövzəsində o zaman ya­şayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siya­hısında rast gəlinir. Rəs­mi məlumatlara görə, Zod hə­min vaxt, əhalisinin etnik tərkibi eti­barilə sırf türk kəndi idi və bu­rada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588 nəfər ol­muş­dur.

1905–1907-ci illərdəki qırğınlar za­ma­nı kəndin təxminən 100 evi, 300–350-yə yaxın əhalisi, 1914-cü il­də isə  1988 nəfər sakini olmuşdur 1918–1920-ci illərdəki deportasiya za­ma­nı kəndin 200–230 evi, 800–1000 nəfərə yaxın əhalisi olmuş­dur. 1948–1953-cü illərdəki  de­por­ta­si­ya zamanı kəndin 125 evi, 500 nə­fə­rə yaxın əhalisi Azərbay­canın Göy­­göl rayonunda məskun­laş­­mış­dır. Kən­din 400–450 evi, 1600–2000 nəfərə ya­xın əhalisi ol­muş­dur. 1987–1991-ci il­lər­dəki so­nun­­cu deportasiya zamanı kənd əha­lisi tamamilə doğma yurdların­dan çı­xa­rı­laraq, qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Gəncə, Xanlar (indiki Göy­göl), Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əha­lisi bu günə qədər məskun­laş­dıq­ları ərazi­lər­də yaşa­yırlar. Kən­din 650–700 evi, 4700 nəfərə ya­xın əhalisi ol­muşdur[i].

Bəzi mən­bə­lərə əsasən, “zod” qə­dim türk dil­lərin­də “sərt, ke­çilməz uca dağlıq yerdə məs­kun­laş­mış el, oba yurd yeri” de­mək­­dir. Bir digər açıqlamaya əsasən, al­ban tarixçisi Musa Kalan­kat­lı eramızın birinci əsri­nin ortala­rın­dan danı­şar­kən Alba­niyada yaşa­yan tayfalar içərisində er­mənicə yazı­lışda Savdey / Tsavdey,      V əsr erməni müəllifi 

Moisey ore­nasi Sod tay­fasının adını çəkir və onun Alban çarı Ərənin nəs­lin­dən oldu­ğu­nu qeyd edirlər. Bu etnonim/tay­fa adı Göyçə mahalındakı Zod toponi­min­də öz ək­sini tapmış­dır.

 

 

 

 

 


 


[i] https://az.wikipedia.org/wiki/Zod