- Tarixi
- XIII–XIV əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonunun Zod (İlk adı III–V əsrlərdən XIV əsrin sonları (1387–1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa, 1813–1814-cü illərdə Vəliağa olub) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu –11.06.1969-cu ildən Vardenis, Zod kəndi 09.04.1991-ci ildənSotk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Zod kəndində yerləşən qəbirüstü abidələrin bir çoxu dağıdılıb, yerdə qalanlar erməni xaçı və ermənicə yazılar yazılaraq, ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Basarkeçər rayonunun ən böyük qədim və inkişaf etmiş kəndlərindən olan Zod kəndində müxtəlif dövrlərə aid maddi-mədəni irs nümunələri mövcuddur. Maddi-mədəni irs nümunələri ilə zəngin ərazilərdən biri “Böyük taxta” deyilən yerdə yerləşən XIII–XIV əsrlərə aid oğuz qəbiristanlığı idi. Burada olan, üstündə “Həsən İbn Şirin” yazılmış gözəl memarlıq nümunəsi baş daşını camaat ziyarət edərdi[i]. Qaya daşından yonularaq hazırlanmış qəbirüstü abidənin hündürlüyü 2–3 metr, eni isə 50–60 sm civarında idi.
Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. Rəsmi məlumatlara görə, Zod həmin vaxt, əhalisinin etnik tərkibi etibarilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588 nəfər olmuşdur.
1905–1907-ci illərdəki qırğınlar zamanı kəndin təxminən 100 evi, 300–350-yə yaxın əhalisi, 1914-cü ildə isə 1988 nəfər sakini olmuşdur. 1918–1920-ci illərdəki deportasiya zamanı kəndin 200–230 evi, 800–1000 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki deportasiya zamanı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Göygöl rayonunda məskunlaşmışdır. Kəndin 400–450 evi, 1600–2000 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki sonuncu deportasiya zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq, qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Gəncə, Xanlar (indiki Göygöl), Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi bu günə qədər məskunlaşdıqları ərazilərdə yaşayırlar. Kəndin 650–700 evi, 4700 nəfərə yaxın əhalisi olmuşdur[ii].
Bəzi mənbələrə əsasən, “Zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri” deməkdir. Bir digər açıqlamaya əsasən, alban tarixçisi Musa Kalankatlı eramızın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey/Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır.
