Əsas şəkil

Zolaxaç (Zolağac) kəndində qala

Tarixi
E.ə. II minilliyin ortaları
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalının Qaranlıq rayo­nunun Zolaxaç (Zolağac) kən­dində 

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yonu–Mar­tu­ni, Zola­xaç kəndi 03.01.1935- ci ildən Zo­lakar

Təsnifatı

Memarlıq 

Mövcud vəziyyəti

1987–1991-ci illərdə baş ve­rən  de­por­tasi­yaya qə­dər qə­dim qa­lanın xa­ra­ba­lıqları yerləş­diyi ərazidə qa­lırdı. 

Məlumat

Tarixi qala Göyçə gölünün cə­nub-şərqində, Aşağı Qaranlıq kən­­din­dən (indiki Martuni şəhəri) 12 km, şimal-şərqdə, Kələqırandan (in­­diki Zovinar kəndi) 4 km cə­nub-qərbdə qərarlaşmış Zolağac kən­dinin ərazisində yerləşir. Qala  erməni alimlərinin özləri tərəfin­dən də eramızdan əvvəlki dövrün ikinci minilliyinin ortalarına aid edilir. Yük­sək təpədəki qaladan kənd və ətrafın­dakı ərazilərin mü­şa­­hidə edilməsi qala divarlarının qa­lıqlarının Zolağacın oğuz türk­ləri tərəfindən binələşdirilməsinin 3500 illik tarixinə dair elmi mü­la­hi­zələrə əsas verən maddi sübut­dur.

Rus mənbələri də qeyd edir ki, Zo­lağac Çar Rusiyasının İrəvan qu­berniya­sının Yeni Bəyazid qə­za­sında, indiki Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur[i],[ii]Zolağac kəndinin adına İ.Şopen tə­rəfindən tərtib edilmiş siya­hıda rast gəlinir. 1831-ci ildə Zola­ğa­cın yalnız azərbaycanlılardan iba­rət əhalisi­nin sayı 128 nəfər olub. 1873-ci ilə dair məlumatlarda isə Zo­lağac artıq qarışıq yaşayış mən­təqələrinin siyahısında yer alır: 75 nəfər erməni və 153 nəfər azər­baycanlı. Bu tarixdən sonra isə Türki­yədən gətirilən ermənilərin he­sabına demoqrafik balans ermə­ni­lərin xeyrinə sürətlə dəyişir. 1897-ci ildə kəndin erməni əha­li­sinin sayı azərbaycanlıların sayın­dan az qala 3 dəfə çox idi: 286 nə­fər erməni və 107 nəfər azər­bay­canlı. 1918-ci ildə daşnak qo­şun­larının Göyçədə törətdikləri qət­liamlar zamanı kəndin 131 nə­fər azərbaycanlı əhalisi soyqırımı­na məruz qalıb, sağ qalanlar isə kəndi tərk ediblər. 1922-ci ildən sonra kəndə qayıdıb orada həya­tını bərpa edən azərbaycanlılar 1948-ci ildə Azərbaycana köçü­rül­müşdür[iii]. 

Zolağac qa­la­sı azər­­bay­can­lı­lar üçün, eyni za­man­­da er­mə­­ni və digər yad­elli hü­­cum­lar­dan mü­­da­fiə ro­lunu oy­­na­yıb. Qə­dim qa­la Qərbi Azər­­­­bay­­canda­kı ta­ri­xi mira­sın nü­­­mu­­nəsi ki­mi mü­­­h­üm dəyər da­şı­yır.

 

 

 

 

 


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.

[ii] Ерицов А.Д. Экономической быт гос. крестьян Борчалинского уезда Тифлисской губернии. “Материалы для изучения экономического быт. гос. крестьян Закавказского края”. том. III. Тифлис. 1887.

[iii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Золахач // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. БакыОғуз ели. 1998. 452 с.