Əsas şəkil

Zolaxaç (Zolağac) kəndində qəbirüstü alban abidələri

Tarixi
IV–V əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Qaran­lıq ra­yonunun Zo­la­xaç (Zo­la­ğac) kən­dində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yonu–Mar­tu­ni, Zola­xaç kəndi 03.01.1935-ci ildən  Zo­lakar

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Hazırkı dövrdə ermənilər tərə­fin­dən qəbiris­tan­lıq ərazisi zəbt olunaraq, oradakı abidə­lər dağıdılıb, yerində evlər   ti­kilib. Qəbir­üstü abidələr sın­dırılıb.  Qə­biristanlıq əra­zisində salamat vəziyyətdə qa­lan bir neçə al­ban abidəsi isə ermənilər tərə­fin­dən mənim­sənilib, “ermə­ni abidəsi” ki­mi təqdim olu­nur[i].
 


[i] https://az.wikipedia.org/wiki/Zolaxa%C3%A7#/media/Fayl:Zolaqar.JPG

Məlumat

Zolaxaç kəndindəki alban abidə­lə­ri kəndin mərkəzindəki qədim qəbi­ris­tan­­lıqda yerləşir, ətrafında kənd ev­ləri və meyvə ağacları var. Qəbi­ris­tanlıqda sayı 200-dən çox olan qə­dim alban qəbirüstü xaç daşı abidə­sindən 3-ü qalıb. Abidələrdən biri hün­dürlüyü 2,5–3, eni 0,7–0,8 m olanı alban əsilzadəsinə aiddir. Hə­min abidənin üzərində müasir Azər­bay­can memarlıq və naxış sənə­tində istifadə olunun ornamentlər yer alıb və albanların istifadə etdiyi biri böyük olmaqla, 6 ədəd kiçikölçülü xaç elementi işlənib. Digər iki abi­də­nin hündürlüyü 1, eni isə 0,40,5 m civarın­dadır. Boz qaya daşından yo­nularaq, hazırlanıb üzərində alban xaçları təsvir olunub[i]

 Rus mənbələri də qeyd edir ki, Zolağac Çar Rusiyasının İrəvan qu­ber­­niyasının Yeni Bəyazid  qəzasın­da, indi Qaranlıq (Martuni) rayonun­da kənd olmuşdur[ii],[iii].

Zolağac kəndinin adına İ.Şopen tərəfindən tərtib edilmiş siyahıda da rast gəlinir. 1831-ci ildə Zolağacın yal­nız azərbaycanlılardan ibarət əha­lisinin sayı 128 nəfər olub. 1873-cii ilə dair məlumatlarda isə Zolağac ar­tıq qarışıq yaşayış məntəqələrinin si­yahısında yer alır: 75 nəfər erməni və 153 nəfər azərbaycanlı. Bu tarixdən sonra isə Türkiyədən gətirilən ermə­ni­lərin hesabına demoqrafik balans ermənilərin xeyrinə sürətlə dəyişdi. 1897-ci ildə kəndin erməni əhalisinin sayı azərbaycanlıların sayından az qa­la 3 dəfə çox idi: 286 nəfər erməni və 107 nəfər azərbaycanlı. 1918-ci il­də daşnak qoşunlarının Göyçədə tö­rət­dikləri qətliamlar zamanı kəndin 131 nəfər azərbaycanlı əhalisi soyqı­rı­mına məruz qalıb, sağ qalanlar isə kəndi tərk edib. 1922-ci ildən sonra kəndə qayıdıb orada həyatını bərpa edən azərbaycanlılar 1948-ci ildə Azər­baycana köçürülmüşdür[iv].

Kənd qəbi­ris­tan­lığın­da  türk və müsəl­man mədəniy­yə­tini özündə əks etdirən sən­duqə və oğuz qəbirləri bu ərazinin əzəli sakinləri­nin azərbay­can­lılar oldu­ğunu göstə­rir[i]. Burada­kı abidələr Azər­baycan ta­rixinin nişa­nə­lərini üzə­rin­də daşıyan irs nümunələ­ridir.     
 


[i] https://upload.wikimedia.org/wikipedia/commons/9/9b/Zolaqar.JPG


 


[i] https://upload.wikimedia.org/wikipedia/commons/9/9b/Zolaqar.JPG

[ii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.

[iii] Ерицов А.Д. Экономической быт гос. крестьян Борчалинского уезда Тифлисской губернии. “Материалы для изучения экономического быт. гос. крестьян Закавказского края”. том. III. Тифлис. 1887.

[iv] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Золахач // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.