- Tarixi
- IV–V əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Qaranlıq rayonunun Zolaxaç (Zolağac) kəndində
- YerləşməHazırkı toponim
Qaranlıq rayonu–Martuni, Zolaxaç kəndi 03.01.1935-ci ildən Zolakar
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Hazırkı dövrdə at heykəlinin yerləşdiyi qəbiristanlıq ərazisi ermənilər tərəfindən dağıdılıb, bir çox hissəsində evlər tikilib. At heykəli orada günümüzdə də dağılmamış vəziyyətdə olan abidədir. Ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Qəbirüstü at heykəli Zolağac kəndindəki qədim qəbiristanlıqda yerləşir. Heykəl boz qaya daşından yonulub hazırlanmışdır. Abidə dördkünc formadadır. Abidənin üst bel hissəsinin sağ və sol tərəflərində hörük formasında uzun naxış təsvir olunub. Eyni naxış boynundakı lentdə də yer alıb. Uzunluğu 1, hündürlüyü isə 0,5–0,6 metr civarındadır. Yan tərəflərində hörük formasındakı naxışın altında uzun dalğavari naxış var[i].
Zolağac kəndinin adına İ.Şopen tərəfindən tərtib edilmiş siyahıda rast gəlinir. 1831-ci ildə Zolağacın yalnız azərbaycanlılardan ibarət əhalisinin sayı 128 nəfər olub. 1873-cü ilə dair məlumatlarda isə Zolağac artıq qarışıq yaşayış məntəqələrinin siyahısında yer alır: 75 nəfər erməni və 153 nəfər azərbaycanlı. Bu tarixdən sonra isə Türkiyədən gətirilənlərin hesabına demoqrafik balans ermənilərin xeyrinə sürətlə dəyişir. 1897-ci ildə kəndin erməni əhalisinin sayı azərbaycanlıların sayından az qala 3 dəfə çox idi: 286 nəfər erməni və 107 nəfər azərbaycanlı. 1918-ci ildə daşnak qoşunlarının Göyçədə törətdikləri qətliamlar zamanı kəndin 131 nəfər azərbaycanlı əhalisi soyqırıma məruz qalıb, sağ qalanlar isə kəndi tərk edib. 1922-ci ildən sonra kəndə qayıdıb orada həyatını bərpa edən azərbaycanlılar 1948-ci ildə Azərbaycana köçürülmüşdür[ii].
At və qoç heykəlləri Xəzər sahillərindən Anadolunun içərilərinə qədər uzanan mədəni zənginliyi təmsil edir. Bu abidələr həmin ərazilərdə türk-oğuz tayfalarının yaşadığını göstərir.
[i] https://www.facebook.com/photo/?fbid=155180367891435&set=a.105289376213868
[ii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Золахач // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
