Əsas şəkil

Zolaxaç (Zolağac) kəndində qəbirüstü qoç heykəli

Tarixi
IV–V əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı­nın Qaranlıq ra­yonunun Zo­la­xaç (Zo­la­ğac) kən­din­­də

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yonuMartu­ni, Zolaxaç kəndi 03.01.1935-ci ildən  Zola­kar

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Zolağac kənd məzarlığında yerləşən qoç heykəlinin bir üzündə altıgu­şəli ulduz və Günəş əks olun­muş, di­gər tərəfin­də­ki kitabəni isə XIX əsrdə kəndə köçü­rül­müş ermə­nilər silmiş­lər[i].
 


[i] https://www.facebook.com/photo/?fbid=1956365434439577&set=a.105289376213868

Məlumat

Zolağac kəndində qədim qəbi­ris­­tan­lıqda yerləşən qəbirüstü qoç hey­kəlin uzunluğu 1, hün­dür­lü­yü isə 0,5–0,6 metr civarındadır. Hey­kəl sa­rı qaya daşından yonulub ha­zır­lanmışdır. Sərt, dəmir tərkibli qa­ya daşından ərsəyə gətirilən qoç heykəli əzəməti və forması dağıl­ma­dan gü­nü­müzə qədər qalmışdır.  Qəbirüstü qoç heykəlinin bir tərə­fində “OZ möhürü” var. Formanın bu quruluşu monqollar tərəfindən də tez-tez isti­fa­də olunurdu. Bu, “Bəxt və Fırlanan Təkər” adlanır. Allahdan gəlib Alla­ha qayıtmağın sinonimidir. Digər tə­rəfdə isə qə­dim tamqalardan biri olan ED var. Onu Davud ulduzu və ya Süleyman möhürü adlandırırlar, lakin bu tam­qanın ən qədim nümu­nələri türk coğ­rafiyalarında  bu günə qədər is­ti­fa­də olunur.[i]

Zolağac kəndinin adına İ.Şopen tərəfindən tərtib edilmiş siyahıda rast gəlinir. 1831-ci ildə Zolağacın yalnız azərbaycanlılardan ibarət əha­lisinin sayı 128 nəfər olub. 1873-cü ilə dair məlumatlarda isə Zolağac artıq qarışıq yaşayış mən­təqələrinin siyahısında yer alır: 75 nəfər erməni və 153 nəfər azərbay­canlı. Bu tarixdən sonra isə Türki­yə­dən gətirilənlərin hesabına de­mo­qrafik balans ermənilərin xey­rinə sürətlə dəyişir. 1897-ci ildə kəndin erməni əhalisinin sayı azər­baycanlıların sayından az qala 3 dəfə çox idi: 286 nəfər erməni və 107 nəfər azərbaycanlı. 1918-ci il­də daşnak qoşunlarının Göyçədə tö­rətdikləri qətliamlar zamanı kən­din 131 nəfər azərbaycanlı əhalisi soyqırıma məruz qalıb, sağ qalan­lar isə kəndi tərk edib. 1922-ci il­dən sonra kəndə qayıdıb orada hə­yatını bərpa edən azərbaycanlılar 1948-ci ildə Azərbaycana köçürül­müşdür[ii]. 

Bu abidələrə və onların üzə­rində təsvir olunmuş mö­hürlərə  Qərbi Azərbaycanla yanaşı, digər türk bölgələ­rin­də, Naxçı­van­da, Vanda, Bitlisdə, An­talyada və bir çox yerlərdə rast gəlmək mümkündür. Bu əra­zinin qə­dim sakin­lə­ri­nin azər­bay­canlıların da so­yundan gəl­diyi türk tay­faları olduğu­nu göstərir[i]
 


[i] https://www.facebook.com/photo?fbid=155180384558100&set=a.105289376213868


 


[i] https://www.facebook.com/photo?fbid=155180384558100&set=a.105289376213868

[ii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Золахач // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәтиБакыОғуз ели. 1998. 452 с.