Əsas şəkil

Zolaxaç (Zolağac) kəndində qəbirüstü sənduqələr

Tarixi
XI–XII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Qaran­lıq rayonunun Zolaxaç (Zo­lağac) kən­din­də

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayonu–Martuni, Zolaxaç kəndi 03.01.1935-ci ildən  Zolakar

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Hal-hazırkı dövrdə  ermə­nilər tərəfin­dən qəbiris­tan­­lıq ərazisi zəbt olunaraq, oradakı qəbir­üstü sənduqə­lərin çoxu türk-İslam abi­dəsi olduğu üçün ermə­ni­lər tərə­fin­dən dağıdı­lıb, ye­rində ev­lər ti­ki­lib.  Qəbiris­tanlıq ərazi­sin­də sa­la­mat vəziy­yət­də qa­lan bir neçə sən­du­qə­nin üzərindəki yazılar ermə­ni­lər tərəfin­dən yonucu və kəsici alətlərə­dən istifadə edə­rək silinə­rək, mə­nimsə­nilib, “er­məni abi­dəsi” kimi təq­dim olu­nur[i].
 


[i] https://az.wikipedia.org/wiki/Zolaxa%C3%A7#/media/Fayl:Zolaqar.JPG

Məlumat

Qəbirüstü sənduqələr Zolağac kənd mə­zarlığında yerləşir. Ətrafında kənd evləri və meyvə ağacları var. Qə­bi­ristanlıqdakı sənduqə qəbirüstü abi­də­ləri müxtəlif ölçüdə mövcud olub. Sandıq formasında olduğu üçün bu adı alıb[i]. Qədim qəbiristanlıqda yer­lə­şən səndu­qə­lərin böyüklər üçün olanının uzunluğu 1,7–2,5 metr, eni 0,5–0,7, hündürlüyü isə 0,5–0,7 m ci­varında olub. Əsasən boz qaya daşla­rından yonularaq hazır­lanıb. Üzərin­də ərəb əlifbası ilə mərhu­mun adı, so­yadı, anadan olduğu və vəfat etdiyi tarixlə yanaşı, “Quran-i Kə­rim”dən ayələr də həkk olunub. Kiçik ölçüdə uzunluğu 0,9-1,2 metr civarında olan sənduqələr isə uşaqlara aid olub.

Rus mənbələri də qeyd edir ki, Zo­lağac Çar Rusiyasının İrəvan qu­ber­­niya­sının Yeni Bəyazid  qəzasın­da, in­diki Qaranlıq (Martuni) rayonun­da kənd olmuşdur[ii],[iii]Zolağac kən­di­nin adına İ.Şopen tərəfindən tərtib edilmiş siyahıda da rast gəlinir. 1831-ci ildə Zolağacın yalnız azər­bay­canlılardan ibarət əhalisinin sayı 128 nəfər olub. 1873-cii ilə dair mə­lumat­larda isə Zolağac artıq qarışıq yaşayış məntəqələrinin siyahısında yer alır: 75 nəfər erməni və 153 nəfər azər­bay­canlı. Bu tarixdən sonra isə Tür­ki­yədən gətirilən ermənilərin he­sa­bı­na demoqrafik balans ermənilərin xey­rinə sürətlə dəyişdi. 1897-ci ildə kəndin erməni əhalisinin sayı azər­baycanlıların sayından az qala 3 dəfə çox idi: 286 nəfər erməni və 107 nə­fər azərbaycanlı. 1918-ci ildə daşnak qoşunlarının Göyçədə törətdikləri qət­­liamlar zamanı kəndin 131 nəfər azərbaycanlı əhalisi soyqırımına mə­ruz qalıb, sağ qalanlar isə kəndi tərk edib. 1922-ci ildən sonra kəndə qa­yıdıb orada həyatını bərpa edən azər­baycanlılar 1948-ci ildə Azərbaycana köçürülmüşdür[iv].
 

Qəbirüstü sən­duqə abidələr türk-İslam mə­dəniyyə­tinə xas olan ənə­nə­dir. Sən­duqə abidələri əra­zidə türk-mü­səlman əha­linin tari­xin bütün dövr­lərində yaşa­dı­ğını gös­tə­rir.


[i] ttps://upload.wikimedia.org/wikipedia/commons/9/9b/Zolaqar.JPG

[ii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.

[iii] Ерицов А.Д. Экономической быт гос. крестьян Борчалинского уезда Тифлисской губернии. “Материалы для изучения экономического быт. гос. крестьян Закавказского края”. том. III. Тифлис. 1887.

[iv] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Золахач // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.