- Tarixi
- VIII–IX əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonunun Zar kəndində, Kənizlər kəndinin təxminən 2 kilometr cənubunda
- YerləşməHazırkı toponim
Kəvər–Kamo, indiki Qavar
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Zorqala qalasındakı bir sıra kitabələr ermənilər tərəfindən kəsilərək götürülüb. Xarabalıqları qalan qala ermənilər tərəfindən mənimsənilib.
- Məlumat
Zorqala qalası Kənizlər kəndindən (İndiki Kamo şəhəri) təxminən 2 kilometr cənubda yerləşir. Zorqala memarlıq həllinə görə Kəvər çayının sağ sahilindəki “Qışlaq-1” qalasını xatırladır. Qalanı şimal və şərq tərəfdən iri qayalardan ibarət təkqat divarlar, divarlardan sonra isə dairəvi şəkilli, yanları və tağları daşla hörülmüş yeraltı qazmalar əhatələyir. Cənub və qərb istiqamətləri isə sərt sıldırım qayalıqlardan ibarətdir. Erməni “tarixçisi” E.Lalayan hələ 1906-cı ildə Zorqalada qazıntılar aparsa da, bu barədə erməni tarixində heç bir məlumata rast gəlinmir. Yalnız XX əsrin 30-cu illərində akademik B.Piotrovski qalanı tədqiq etdikdən, qalanın təyinat etibarilə Kəvər qalasının (Xalda şəhərinin) mühafizəsində köməkçi element funksiyası daşıdığı barədə qəti fikir söylədikdən və burada nə vaxtsa qazıntılar aparıldığını, bir sıra kitabələrin kəsilərək götürüldüyünü kütləviləşdirdikdən sonra erməni elmi məcmuələrində Lalayanın qazıntıları barədə məlumat verildi; amma ermənilər qalanın adını olduğu kimi işlətməyərək onu “Mrtbi-dzor” kimi qələmə verdilər.
12 aprel 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək möhürlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində Göyçə nahiyəsinin inzibati vahidləri sırasında 18-ci kənd kimi Zarın adı göstərilib və onun sultan xəzinəsinə illik ödəncinin 3220 ağça həcmində müəyyənləşdirilməsi barədə müvafiq qeydlər aparılıb. Həmin sənəddən o da bəlli olur ki, Zar kəndi Kənizlərlə (Kəvər) həmsərhəd coğrafi mövqedə yerləşirmiş. Erməni vilayətinin təşkilindən sonrakı dövrə aid olan sənədlərin heç birində Zar kəndinin adı yoxdur. Bu isə o deməkdir ki, ermənilərin 1826–1829-cu ildə məqsədyönlü şəkildə yerlə-yeksan etdikləri, sonradan bərpasına imkan verməyərək, “adları unudulmuş ölü kəndlər” qrafasmda ümumiləşdirdikləri qədim türk yurdlarından biri də məhz Zar kəndidir[i]
Zarlar haqqında ilk yazılı məlumat Babək hərəkatı dövrünə aiddir və bu tarixi məlumatlardan aydın olur ki, xürrəmi sərkərdələrinin əsas zərbə qüvvəsi Zar döyüşçülərin-dən ibarət olmuşdur. XII əsr müəllifi Səmani isə öz dövründə ərəblərə qarşı döyüşkən mövqe tutmuş “zar” tayfaları haqqında məlumat verərək bildirir ki, onların adət-ənənələri xürrəmilərinki ilə eynidir. Elə həmin müəllif öz qeydlərində birmənalı şəkildə göstərir ki, “zar” sözünü ərəbcə “zaer” kəlməsinin təhrif olunmuş forması kimi qəbul etmək yanlışlıqdır; “zar”lar haqqında məlumatlar məzdəkilikdən də xeyli əvvələ təsadüf edir və çox böyük ehtimalla zərdüştiliklə bağlıdır.
[i] Məmmədov Əflatun. Qərbi Azərbaycanın Pəmbək mahalı: Eminlər tayfasının şəcərəsi. Bakı: “Çaşıoğlu”, 2015, səh.70
